Tanınmış politoloq, analitik, jurnalist Aydın Mehdiyev rəhmətə gedib


Dünyadan bizim olan bir imza, bir səs daha əksildi. Özünü nə qədər nəhəng olduğunun bəlkə də fərqində olmayan,  sadəliyi,  intellekti, aydın zəkası, analitik düşüncəsi, səlis ifadə tərzi ilə sevilən böyük jurnalistimizi itirdik.  

Rusiyanın tanınmış jurnalisti Aydın Mehdiyev bu gün uzun sürən xərçəng xəstəliyindən sonra  müalicə üçün getdiyi Kanadada rəhmətə gedib.

Aydın Mehdiyev 1967-ci il noyabrın 14-də Bakı şəhərində doğulub. 1992-ci ildə  Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diploma ilə bitirib.

1995-1999-cü illərdə Azərbaycan Respublikasının Fransadakı səfirliyində mətbuat xibmətinin rəhbəri olub.

1998-1999-cu illərdə Parisdə “Diplomatik və strateji araşdırmalar mərkəzi”ndə tam kurs keçərək oranı da əla qiymətlərlə başa vurub.

2016-2017-ci illərdə Moskva Dövlət Linqivistika Universitetnində  “Linqivistika” və “Tərcümə” profilləri üzrə (ingilis, fransız) təhsil alıb.

Rus ədəbi dili üzrə ekspert linqivist olub. Azərbaycan rus, ingilis, fransız və türk dillərini mükəmməl bilirdi.

Rusiyanın “Nezavisimiya”,  “Pravda” kimi nüfuzlu qəzetlərində,  “Mir” telekompaniyasında  çalışıb. Özünü doğruldan siyasi proqnozlaır ilə gündəmi dəyişən şərhçilərdən idi. Son zamanlara kimi çalışdığı Pravda.ru -da öznün apardığı videorubrikada şərhləri milyonlarla izlənilirdi.

Ailəli idi. Leyla adlı qızı, Eldar adlı oğlu var.

Kədərə boğduğu dostları, həmkarları  tərcümeyi -halı haqqında özünün  veridyi  reportaja əlavə edəcək çox şey deyəcəkllər, Aydınlı günlərin Aydınsız-qaranlığında onu çox axtarıb xatırlayacaqlar. Təkcə dostlarımı?

Allah rəhmət eləsin!


Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir