Tanınmış teleaparıcı Kseniya Sobçakı trolleybusa minməyə qoymadılar


Tanınmış teleaparıcı Kseniya Sobçakı trolleybusa minməyə qoymadılar
Kseniya Sobçak İlya Yaşinlə birlikdə bazar günü Ximkiyə ictimai nəqliyyatda getməyi qərara alıb. Gördükləri teleaparıcını təəccübləndirib.

Twitter-dəki bloqunda Kseniya Anatoliyeva : “Bilirisinizmi, əsl problem nədədir? Mən saat 14:00-da elektrik qatarında gedirəm və burada kəskin alkoqol iyi var. İnsanlar artıq səhərdən içiblər. Səhərin erkənindən içkiyə sevgi- azadlıq və demokratiyanın yolunda ciddi baryerdir ”-deyə qeyd edib.

Ximki meşəsinin müdafiəçisi Yevgeniya Çirikovaya qonaq gedən Sobçak və Yaşin təyin olunmuş yerə məcarasız çatıblar. Onlarla birlikdə Ximkidə Tatyana Dogileva, Mixail Şas, Tatyana Lazareva da olub.

Ximkidə qrup trolleybusda gəzmək istəyib. Burada çoxları Sobçakı tanıyıb və hətta qadınlrdan biri “qadının hökümətdə nə işi var” və “qadının işi-borşdur” -deyə inandırmaq istəyib. Amma sadə xalqla Sobşakın debatı alınmayıb.

“Birinci dəfədir ki, belə bir şeylə qarşılaşıram. Nəzarətçi qadın harasa zəng etdi və pıçıltıyla dedi: “Sobçak buradadır”. Bundan sonra guya ki, trolleybus xarab oldu və bizi düşürtdülər”- paylaşıb Sobçak bloqunda. Amma xarab trolleybus sonra yerindən tərpənib getdi. Dayanacağa qayıtdıq, lakin trolleybuslar keçib getdilər. Yəqin məndə çuma var. Həm də abırsızca gediş haqqını alandan sonra məni trolleybusdan düşürtdülər. Ximkidə gözəl gün üçün təşəkkürlər!”

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir