Tanınmış türk estrada ulduzu Sərdar Ortacın Moskvada konserti gözlənilir


Tanınmış türk estrada ulduzu Sərdar Ortacın Moskvada konserti gözlənilir
Aprelin 8-də tanınmış türk estrada ulduzu Sərdar Ortacın Moskvada konserti gözlənilir.

150-dən çox bəstənin müəllifi olan Sərdar Ortac tamaşaçılarının görüşünə repertuarından olan xit və yeni mahnıları ilə gəlir.

DJ-likdən müğənniliyə keçdiyi yolda 24 ildir addımlayan müğənni sənətin zirvəsinə adını yazdıran sənətçilərdəndir. Müğənniliyi ilə yanaşı bəstəkarlığı ilə də seçilən Sərdar Ortacın mahnılarını ifa edənlər arasında Türkiyənin tanınmış estrada ulduzları Sibel Can, Hulya Avşar, Seren Serengül, Ebru Gündeş, Gülben Ergen, Alişan kimi sənətçilər var.

Moskvadakı Milli Studiyanın təşkilatçısı olduğu konsert Vegas City Hall-da keçiriləcək.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir