Tatarıstan müftisi və onun müavininə qarşı sui-qəsd edildi


Tatarıstan müftisi  və onun müavininə  qarşı sui-qəsd edildi
Terrorçular Tatarıstan müftisinin maşınını partladıb, onun müavinini isə evinin girişində güllələyiblər. Terrorun birinci qurbanı Tatarıstan müftisinin təhsil məsələləri üzrə müavini Valiulla Yakupov olub.

Qatil Tatarıstan müfrisinin müavini Valiulla Yakupovu yaşadığı evin qarşısında pusaraq, o sürücüsü ilə birgə maşınına yaxınlaşan zaman ona atəş açıblar. Yakupov bir neçə güllə yarası alıb və o vəziyyətdə maşınına minə bilib. Amma xəstəxanaya gedən yolda keçinib.
Bir az, təxminən 10, 15 dəqiqə keçdikdən sonra Çatayev və Musin küçələrinin kəsişməsində Tatarıstan müftisi İlduz Fayzovun sürdüyü “Toyota Land Cruiser” markalı maşını partladılıb. Dini lider radio efrindən gələrkən yolda patrlayışa məruz qalıb. Hazırda həkimlər onun həyatıni xilas etməyə çalışırlar.

Tatarıstan Müsəlman Dini İdarəsinin rəhbəri Rişat Xamidullininin “İnterfaks”a verdiyi məlumata görə İldus Fayzov Respublika klinik xəstəxanasındadır, onun səhhəti orta dərəcəli qiymətləndirilir. Situasiyaya Tatarıstanın Səhiyyə naziri Ayrat Farraxov nəzarət edir.

Onun sözlərini görə hazırda müftinin müavini Valiulla Yakupovun dəfn yeri və günü müəyyənləşdirilir. “Müqəddəs Ramazanın başlandığı ərəfədə bizim iki dini liderimizə qarşı törədilən bu sui-qəsdi həzm etmək çox agırıdr. Biz cinayətkarların tapılıb haqq etdikləri cəzanı alacaqlarına ümid edirik”-deyə R. Xamidullin bildirib.

Tatarıstan müftisi İlduz Fayzovun yaralanması və müavininin öldürülmsi ilə bağlı iki cinayət işi açılıb. Respublikada cinayətkarın tapılması üçün “Vulkan-4” əməliyatına başlanıb.

Onu da qeyd etmək yerinə düşər ki, Valiulla Yakupov vəhhabilərə qarşı mübarizə aparan dini liderlərdən biri idi. Onun bu radikal islamçı qrup tərəfindən öldürülməsi ehtimal edilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir