Tatarıstan prezidentinin oğlu təyyarə qəzasında öldü


Tatarıstan prezidentinin oğlu  təyyarə qəzasında öldü
“Kazan” aeroportunda baş verən qəzada Tatarıstan prezidentinin oğlu İrek Minnixanov həlak olub.

Bu haqda jurnalistlərə rəsmi məlumatı Tatrıstanın baş nazirinin müavini Yuri Kamaltınov verib.

Qəzada Tatarıstan Fderal Təhlükəsizlik xidmətinin rəisi Aleksandr Antonov da ölüb.

Xatırladaq ki, saat 19:25 radələrində “Kazan” beynəlxalq aeroportunda U9-363 Moskva-Kazan reysiylə uçan Boinq-737 təyyarəsi eniş zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin bortunda olan 44 sərnişin və 6 ekipaj üzvü həlak olublar. FHN və Səhiyyə nazirliyi ölənlərin yaxınlarına yardım edirlər.

Allah rəhmət eləsin!

Leyla
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir