Televizor pultunun ixtiraçısı vəfat etdi


Televizor  pultunun ixtiraçısı vəfat etdi
Frans Press agentliyinin verdiyi məlumata görə ilk televizor pultunun ixtiraçısı Amerikalı mühəndis Yujin Polli ömrünün 96 yaşında vəfat edib. O 1955-ci ildə televzoru məsafədən idarə etmək üçün ilk pultun yaradıcısı olub.

Mühəndis bazar günü Çikaqo xəstəxanasında dünyasını dəyişib.

Polli 1935-ci ildə Zenith Radio şirkətində içləməyə başayıb, o vaxtdan da 18 ixtirasının patent hüququnu qeydə aldırıb.

Amerikalı ixtiraçı tərəfindən düşünülmüş Flash-Matic adlı ilk pult -işıq saçan pistoletə bənzər əşya, məsafədən televizoru yandırır, söndürür və kanalları dəyişirdi.
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir