Telman İsmayılovu qiyabi olaraq həbs etdilər


Telman İsmayılovu qiyabi olaraq həbs etdilər

Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun qiyabi olaraq həbs edildiyi barədə onun vəkili məlumat verib. Onu cinayət təşkil etməkdə və qanunsuz silah satmaqda günahlandırırlar.


Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovu iki və daha artıq şəxsin ölümünün təşkilatçısı olmaqda günahlandıraraq haqqında qiyabi olaraq həbs qərarı çıxarıblar. Bu haqda “İnterfaks”” agentliyinə onun vəkili Marina Rusakova məlumat verib.

Vəkilin sözlərinə görə biznesmenin həbs olunması barədə “”qanunsuz qərar”” oktyabrın 30-da verilib və Moskva şəhər məhkəməsinə artıq şikayət ərizəsi də gönədrilib. “”Şikayətin apellyasiyasına baxış noyabrın 15-ə təyin edilib””-deyə o söyləyib.

Rusakova onu da bildirib ki, İsmayılov qanunsuz silah satışı cinayəti ilə də günahlandırlır və o, beynəlxalq axtarışa verilib.

İsmayılov RBK-ya açıqlamasında “”bunlar boş şeydir”” deyib. Sualları dəqiqləşdirəndən sonra vəkilinə müraciət etməyi xahiş edib.

Rusakovanın sözlərinə görə söhbət 2016-cı ilin mayında Moskvaətrafı Novorijsk şossesində baş verən ikiqat ölüm hadisəsindən gedir. O zaman ticarət kompleksinin sahibi Vladimir Savkin və “”Lyublino motors””un təsisçisi Yuriy Brilev güllələnmişdi.

2016-cı ilin noyabrında Savkin və Brilevin ölümündə iştirakına görə Telman İsmayılovun qardaşı Rafik və Mehman Kərimov saxlanmışıdı. Onlara qarşı RF CM-nin 105-ci maddəsi ilə iş qaldırılmşdı.

O da bildirilir ki, Rafik İsmayılov bu ittihamı rədd etmiş, Mehman Kərimov isə əksinə olaraq suçunu boynuna götürmüşdü.

“”Kərimov istintaqla razılığa gəlmiş və Telman İsmayılova “”böhtan”” atmışdı””-deyə vəkil bəyan edib. O hesab edir ki, istintaqın əlində “”böhtandan”” başqa dəlil yoxdur. Rusakova onu da əlavə edib ki, Telman İsmayılov cinayətdə suçlandığını bildirməkdən ötrü istintaqa cağırılmamış və müdafiə də məhkəmənin keçirilməsi ilə bağlı bildiriş almayıb. İsmayılov heç zaman gizlənməyib və onu kimsə hara isə çağırmayıb, biz heç nə bilmirdik””-deyə o məlumat verib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir