Telman İsmayılovun ABŞ-dakı ticarət mərkəzi əlindən alındı


Moskvada Çerkizov bazarının sahibi kimi tanınan  keçmiş iş adamı Telman İsmayılovun  Las-Veqasdakı “Craig Valley Plaza” ticarət mərkəzi əlindən alınıb. Kommersant.ru-nun verdiyi məlumata görə obyekt Amerika məhkəməsinin qəraraı ilə satılıb. Satışdan gələn  pullar  VTB bank qrupuna  daxil olan  keçmiş BM (Bank Moskvı) bankının hesabına daxil olacaq.   

Mətbu orqanının veriyi məlumatda o da deyilir ki,   Las Veqasdakı  ticarət mərkəzi  İsmayılovun  qohumu Nailə Saıqovanın iştirakçısı olduğu Marker Craig MMC –nin balansında olub.

2017-ci ildə  İsmayılovun digər “Ruslayn-2000” şirkətinə böyük məbləğdə pul verən BM-nın vəkilləri Las Veqas  məhkəməsinə Marker Craig MMC-yə qarşı şikayət  ərizəsi göndəriblər. Vəkillər biznesmen və ona yaxın olan adamların şaxlənmiş hüquqi şəbəkədən istifadə edərək  kredit vəsaitnin mənimsədildiyini  sübut edə biliblər. Məhkəmə Las-Veqasdakı ticarət  mərkəzinin  alınmasında pulun hərəkətinin saxtakarlıqla  olduğunu təsdiq edib. Obyektlə bağlı  təcili müvəqqəti xarakterli tədbir görülüb.   

Ismayılovdan alınan  Craig Valley Plaza-nın  ərazisi 7 min kvadratmetrdir.  Əvvəllər  fars-yəhudi əslli  Amerikanın  məhşur  ailələrindən  olan Nazaryanlara məxsus olan obyekt  5 birmərtəbəli binadan ibarətdir. İsmayılovun Seyşeldəki Vesto Trading LTD şirkəti onun alınmasına 8 milyon dollar (600 milyon rubldan artıq) pul xərcləyib.  

BM bankın  razılaşmasına əsasən Craig Valley Plaza satılıb və pul  yaxn zamanlarda  onun hesabına keçəcək. VTB bank bununla  kifayətlənmir və Telman İsmayılovun digər  aktivlərini də tələb edir. Buna Antalyadakı Mardan Palace  arxitektura  kompleki də daxildir.  Biznesmenin ümumilikdə  VTB bankı qarşısında  borcu  13,7 milyard rubl və 170 milyon dollardır.

Xatırladaq ki, Telman İsmayılov  Pusiyada qiyabi axtarışdadır. O,  2016-cı ildə Moskvada  iş adamları Vladimir Savkin və  Yuri Brılyovun  qətlində  ittiham olunur. Həmçinin 2004-cü ildə müğənni Avraam Russonun qaçırılması cinayətindən də şübhəlidir. Sahibkar  beynəlxalq axtarışa  verilib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir