TEREZA MEY İSTEFA ETDİYİNİ RƏSMƏN AÇIQLADI


TEREZA MEY İSTEFA ETDİYİNİ RƏSMƏN AÇIQLADI
Böyük Britaniyanın baş naziri Tereza Mey Koservativ partiyasından isetfa etdiyini rəsmən açıqlayıb. Bu onun baş nazir postunu da tərk etməli olacağına dəlalət edir. Partiyanın yeni lideri və baş nazirin seçilməsi proseduru istefadan bir həfrə sonra başlayacaq.

Mey Brexit-in həyata keçirilməsinə nail olmaq üçün çox səy göstrdiyini, lakin başarılı ola bilmədiyini etiraf edib. O, onu da qeyd edib ki, Britaniyada ikinci baş nazir qadın olmaq onun üçün şərəfdir və əlbəttə bu sonuncu olmayacaq.

Leyboristlər müxalifət partiyasının lideri Ceremi Korbin Terza Meyin doğru qərar verdiyini bildirib. O, təcili seçkilər keçirməyə çağırıb. Konservativ partiyasının lideri postuna Mey hökümətinin sabiq üzvü, keçmiş əmək naziri Ester Makvey və keçmiş xarici işlər naziri Boris Conson öz namizədliklərini irəli sürüblər. The Independent-in məlumatında bukmekerlərin proqnozuna görə Consonun daha çox şansı olduğu deyilir. Lakin onlarla yüksək vəzifəli partiya üzvləri seçkilərdə ona rəqib ola biləcəkləri gerçəkliyi də var.

Mey iyunun 7-də istefaya gedəcək. Bundan sonra Konservativ partiyanın lideri postuna namizədlərin siyahısı tərtib olunacaq. Onların irəli sürülməsi bir həgrə ərzində- iyunun 10-dan 16-na kimi bitəcək. İyunun sonunda parlament fraksiyası namizədlərin yekun siyahısını formalaşdıracaq və partiya namizədləri ilə bağlı müzakirələrə başlanacaq. Seçkinin nəticəsinə görə qalib həm də baş nazir postuna sahib olacaq.

Meyin istefasına səbəb olmuş Brexit qəbul olunsaydı Böyük Britaniya mart ayının 29-da Avropa İttifaqını tərk edəcəkdi. Lakin Meyin təklif etdiyi Avropa İttifaqından çıxma varinatı əleyhinə parlament üç dəfə səs verdi. Əsas fikir ayrılığına səbəb olan İrlandiya və Şimali İrlandiya arasında sərhədlə bağlıydı.

Tereza Mey Britaniya hökümətinə 2016-cı ildən rəhbərlik edir. O, Avropa Birliyindən çıxmaq üçün britaniyalıların əksəriyyətinin referendumunda buna səs verməsindən dolayı istefa vermiş Devid Kemeronun yerinə gəlmişdi.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir