Tuba Böyüküstün Azərbaycanda əkizlərindən danışdı


Tuba Böyüküstün Azərbaycanda  əkizlərindən danışdı
Təkcə Türkiyədə deyil, ondan uzaqlarda da sevilən türk aktrisası Tuba Böyüküstünü azərbaycanlı tamaşaçılar “İhlamurlar altında”, “Asi”, “Gönülçelen” kimi seriallardan tanıyırlar.

Həm də saç şampunu reklamlarında oynayan Tuba Böyüküstün bu yaxınlarda bununla bağlı Azərbaycanda keçirilən bir yarışmaya gəlib. “Gönülçelen” serilında rol yoldaşı Onur Saylakla evli olan Tuba Böyüküstünün bu nigahdan iki qızı olduğu da hamıya məlumdur.

Azərbaycanda “Azad Azərbaycan” televiziyasının “10LAR” adlı verilişinin qonağı olan gözəl aktrisa ilk dəfə əkiz qızlarından danışıb.

Maya və Torpaq adlı qızlardan biri özünə, o biri isə babasına bənzədiyini deyən akrtisa, iki uşağa baxmaq çətin olsa da, bunun sevincinin də ikiqat olduğunu bildirib.

“Əvvəlki çəkisini saxlaya bilməsi üçün dieta edirmi”- sualının cavabında isə uşaqları əmizdirdiyindən belə bir şansı olmadığını deyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir