Tünzalə Vəliqızı “Qara daş ağlayırdı”


Düz 12 il əvvəl . Bu gün. Dünya bir qarın dolanıb.

(Bu hekayə-yazım 2010-cu ildə Azadlıq qəzetinin saytında dərc edilmişdi. Müsabiqə elanından sonra əslində ora yarı qəzəb, yarı üsyan dolu bir məktub idi. Və dəqiq yadımda dır. Məktunun sonuna belə bir xüsusi qeyd də əlavə etmişdim. “İndi bu məktubu müsabiqənizə hekayə deyə göndərsəm nə dəyişərəcək ki… ” Və gerçəkdən redaktəsiz hekayə olaraq dəyərləndirmiş və 50-lərin içinə düşdüyünü dedilər mənə. Məqsədim hekayə deyil. Nəticənin hələ də dəyişməməsidir. )

Saytımızdda ilk dəfə çap olunur.

https://www.azadliq.org/a/2046749.html

Hələ bu cəmiyyətdə nələr baş verdiyinə, hər şeyin sadəcə bir tamaşaya hesablandığına inanmayan, deyilənləri incidilmiş, küsdürülmüşlərin yox, inciyənlərin, küsənlərin formalaşdırdığı yanlış rəy kimi dəyərləndirən o qızın içində bu dünyada hər şeyə öz dəyərinə görə qiymət verildiyinə bir əminlik vardı.

Müəllimlərinin «dadlı qız»-dediyi suyuşirin, qaraşın qızın daxilində təlatüm etən jurnalistlik istəyini püskürdən də bu yanlışlığı araşdırıb isbatlamaqdı.

Bakı Dövlət Universitetinə pulsuz qəbul olunması-ona cəmiyyət haqqında hər zaman mənfi danışanların əksinə düşünmək haqqını vermişdi.

Qarşıdakı qəzet köşkünə yaxınaşdı. Bir qəzet alıb yaxın tanışlarının yaşadığı Xəzər unvermağı istiqamətinə gedən marşrut taksiyə mindi. Ətrafdakı səs-küyü qulaqardı edib qəzeti açdı. Təsadüfmüydü? Biri «bu məmləkətdə savadın varsa, ac qalmazsan»-deyə qəzetdə gedən krassvord mükafatından yazırdı. Krassvordu həll et və qazan!

Yazının sonuna varmadan «bax, mən də onu deyirəm»-dedi öz-özünə.

İndi bir azdan getdiyi evdə rahatsızlığını düşünərək qəzeti qatlayıb çantasına qoydu.

-Sabahdan özümə iş arayım ki, bu şəhərdəki xərclərimi ödəyə bilim.

Xəyalında döyəcəyi qapıları canlandırır və bu istedadlı qızı hər kəsin gülə-gülə, «cəl, gözümüz üstə yerin var»-deyərək qarşlayacağı mənzərəni gözönü etdikcə xırda-para problemlərini unudurdu.

Uzun illər Bakı Kondinsionerləri zavodunda işləyən, 22 nəfərlə həmin zavodun yataqxanasında bir kiçik otağa sığışan bir ailədən reportaj yazmışdı. İndi ölüm yatağında olan Əşrəf əmi ilə də bir marşrut taksisində tanış olmuşdu. Əşrəf əmi tanımaza-bilməzə yaşamının əzabını nədənsə ona anlatmışdı.

Son dəfə Əşrəf əmini görməyə gedəndə çox gövrəlmişdi, Qaragöz.

Və «El-elə sığar, ev-evə yox» məsəlinə uyğun «Evlər tikilir, evsizlərsə artır» sərlövhəli reportaj hazılamışdı.

Universitetə yaxın redaksiyaların birinə girib yazını utana-utana özü yaşda gənc bir qızın qarşısına qoydu. Qız oturduğu yerin verdiyi təkkəbbürlə altdan yuxarı onu süzdü. Yazının başlığını oxuyub:

-Ondansa, mənə xəbər gətirin!

-Nə xəbəri?

Nə bilim, Bakıda gündə min bir hadisə baş verir. Axtar, tap, gətir, yazına baxım və sonra fikir bildirərəm. Bunu isə istərsiniz götürün. Baxın, zibil qutusunda nə qədər belə yazılar var.

Qaragöz, zibil qutusundakı kağızlarda nədən, kimin taleyindən xəbər verildiyini bilməsə də, Böyük Vətən müharibəsi başlayanda 13 yaşı olan, atasını müharibəyə yola salıb evdə qalan uşaqları dolandırmaq üçün əvvəllər qaynaqçı köməkçisi, sonra qaynaqçı işləyən Əşrəf əminin arzularının zibil qutusuna atılmasına qıyammazdı.

Orta məktbdə oxuyarkən yerli redaksiyalarda, hətta «Cənclik» juranlına göndərdiyi yazıların “nöqtəsinə, vergülünə toxunulmadan” çap olunması, ünvanına çoxlu sayda məktub gəlməsinin ona verdiyi «yazmağı bacarıram» cəsarətinə bu qız br anlıq kölgə saldı.

«O, bu yeri haqq edibsə, demək mən yazmağı bacarmıram»- düşüncəsiylə otaqdan çıxdı. İndi o təkəbbürlü xanımın yazılarını oxumaq onun yolunu müəyyənləşdirəcəkdi.

Oxudu. Xəbərin prinsiplərinə sonuna kimi əməl etməyən bir yazı. Amma gözəl xanımdı. Onun bu yeri almasının nədəni o gözəllik olduğunudan xəbərsiz olacaq qədər sadəlöhv idi Qaragöz.

İkincə qapı. Üçüncü qapı. Qapılar …Hələ qarşıda çox qapılar döyəcəkdi. Çox qapılarda çox şeylərə şahid olacaqdı. Br qapıda isə mərhum Hacıbaba Hüseynovun br məsəlini xatırladacaqdılar.

Gözəl səsli tələbəsinə «kafi», səsi olmayana isə «əla» yazan Hacıbaba müəllim bunu belə açıqlayıb. Mən ona qiymət verməsəm də, onun gözəlliyinə qapılar özü açılacaq, sən isə səsinlə, boğazınla zorla açmalısan o qapını.

Redaktor elə onu qapıda qarşıladı. Kimə isə tapşırıq verirdi.

-O hərf səhvləri düzəldən işə gəlibmi?

Qaragöz, müdaxilə etdi.

-Korrektor.

-O, nədir?

-Sualdan çaşdı. Yəni, qəzetin baş redaktoru korrektor nə olduğunu bilmirmi?

Nə istədiyini anlatmadan, elə qapıdan da geri qayıtdı.

Artıq açdığı qapılarda geri göndəriləcəyindən təəccüblənmirdi.

Müsabiqələr, elanlar. Onlara verilən mükafatlar, titullar. Nə qədər gözəl xülyalar imiş bunlar.

Zaman-zaman bu adamsız, tapşırıqsız iş ötməyən şəhərdə, «heç olmazsa bir yerdəsə, bir azacıqsa insaf, elmə, savada qiymət qalmayıbmı?»- sorularına üzünə bağlanan qapılar açar olacaqdı.

Sonuncu qapıda rastlaşdığı isə…

-Qızım, bəlkə də sən doğrudan da yaxşı publisistsən. Yazdığın da yaxşı yazıdır. Amma mənə gündə 25 xəbər tapıb yazan…

Qapıdan boylanan yekəpər oğlan onun cümləsini tamamlamağa qoymadı.

-Dağbəyi müəllim, mən getdim ey, o mənlə danışmaq istəmədi.

-Ayə, bura Gədəbəy deyil ey sənə, düşüb gəlmisən, adam səni gözləyir. Sən başını qapıdan soxub sonra çıxmısan. Nə bilsin, sən kimsən?

-Mən axı ona nə sual verim? İkidən birdən müs-müs…

(Yəqin ki, müsahibə demək istəyirdi).

-Ehh. Gəl, sualları hazırlamışam apar ver, sonra cavabı üçün gedərsən.

Dağbəyi müəllim qapıda az qala «sən xəbər nədir, bilmirsən»- deyib geri göndərəcəyi qızı unutmuşdu.

Qaragöz daha qapı döyməyəcəkdi.

Qulu müəllimin onun referatına «4», heç dəftəri olmayan birinə «5» yazdığı yanlışlığı həzm edəndə artıq yabançı bir məmləkətə düşdüyünü yəqinləşdirmişdi.

Qırmızı diplomunu alıb Universitetin qarşısındakı «Burada Məmməd Əmin Rəsulzadənin heykəli qoyulacaq» yazılmış qara daşın üstündə oturdu. Qara daş ağlayırdı.

Qaragözun yadına haradansa elə bu an «daş qayadan inciyib, qayanın xəbəri yox» -deyimi düşdü. Deyim belə idimi?

Oturduğu bu ağlayan daş qaydan qopan daş deyildi. Qayanın özü idi. İndi ondan qopanlara, uçurumuna düşənlərə ağlayırdı. Əlində tutduğu müsabiqəyə göndərmək istədiyi son yazısını min parça edib yerə səpələdi. Hər parça bir qara daş idi sanki. Əşrəf əminin məzarlıqdakı başdaşından qopan, minlərlə arzuları qara daşa dönənlərin ürəyindən asılıb illərlə düşməyən daşlar kimi. Oturduğu qara daşdan çıxan göz yaşları xırda-xardı çınqıl daşlarına dönüb ətrafdakıların ayaqları altında xırçıldayırdı. Tapdanan, əzilən arzulardı o ayaq altındakı daşlar.

Qaragöz əlində qırmızı diplom, ürəyində qara daş hara gedəcəyini bilmirdi. İndi ona cəmiyyət inciyənlərin, küsənlərin ya olsun incidilənlərin, küsdürürülənlərin cəmiyyətindən daha betər görünürdü.

Baxdığı tamaşanın təsirinə aldanıb, ömrünün 6 ilini xərcləyib nəyi, nə üçün öyrəndiyini hələ dərk etməməsi onu incidirdi.

O təkəbbürlü qızın, korrektor sözünü deyə bilməyən redaktorun, dağdan enənin əlinə diktafon verib müsahibəyə göndərən direktor müavininin, dərsə gəlməyən tələbəyə qiymət yazan müəllimin meydan sürdüyü cəmiyyətdən heç nə gözləmirdi.

Bu şəhərdə, bu məmləkətdə ona mərhəm olan bir bir yer vardı. Qara daşların ağladığı yer. İndi onlara doğru gedirdi.

Amma gedə-gedə də düşünürdü. İndi o param-parça etdiyi yazısını göndərib əbədiyyətə qovuşsaydı…

İstehzayla güldü. Məlum. Ölümündən sonra layiq görülür, təltif olunur və s. və ilaxır…yazacaqdılar. Bəlkə də məchul.

Bəzən o qara daşın sahibi kimi ölümündən sonra dalınca atılan qara daş kimi taleyin qaralanır. Ölüləri də küskün bu məmləkətin. O gedir, ayaq altında qalan qara daşlarsa ağlayırdı.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir