Turçinov Ukraynanın şərqində Krım variantına yol verməyəcəyini vəd edir


Turçinov Ukraynanın şərqində Krım variantına yol verməyəcəyini vəd edir
Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov ölkənin şərqində Krım ssenarisinin təkrarlanmasına yol verməyəcəyini bildirib. “Ukraynanın düşmənləri Krım ssenarisni oynamaq istəyirlər, amma biz buna yol verməyəcəyik”,-deyə o, vətəndaşlara müraciətində bəyan edib.

Turçinovun sözlərinə görə Ali Rada separatizm və dövlətə qarşı digər cinayətlərə görə cavabdehliyi gücləndirmək haqqında qanuna baxır. “Separatçı mövqedə olan siyasi partiya və təşkilatlara qadağa qoyulması məsələsinə baxılacaq”,- o, əlavə edib.

Ölkə başçısı əlinə silah götürənlərə qarşı antiterror ölçüsü tətbiq ediləcəyini vəd edib. Turçinov qeyd edib ki, aprelin 7-də, gecə Ukraynada böhrana qarşı qərargah yaradılıb, həmçinin şərq sərhəddinin müdafiəsi artırılıb. Şərq regionlarının hüquq mühafizə orqanları digər vilayət bölmələrinin hesabına gücləndiriləcək.

“Bəzi yerli hüquq-mühafizə orqanları strukturlarının passiv davranışını nəzərə alaraq, digər regionlardan olan bölmələr hesabına onların heyəti artırılacaq”-deyib Turçinov.

Baş nazirin birinci müavini Vitali Yarema, Ukrayna Daxili İşlər naziri Arsen Avakov, Milli təhlükəszilik və müdafiə şurasının katibi Anderq Parubiy və Ukrayna Təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenko Xarkov, Donetsk, Luqansk vilayətlərinə yollanıblar. Ukraynanın şərqində baş verənləri Turçinov dövlətdə situasiyanı qeyri-stabilləşdirmək, ukrayna hakimiyyətini devirmək, qarşıdakı prezident seçkilərini pozmaq və “ölkəni hissələrə parçalamaq” cəhdi adlandırıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir