“Turetskiy tranzit” serialında 4 azərbaycanlı ismi – Camal Qurbanovun debütü


“Turetskiy tranzit” serialında 4 azərbaycanlı ismi - Camal Qurbanovun debütü
Moskvada yaşayan 9 yaşlı həmyelimiz Camal Qurbanov Rusiyanın əməkdar artisti Teymur Bədəlbəylinin oynadığı ” Turetskiy tranzit”” serialında balaca Alini canlandırıb.

Bü gündən hər həftənin çərşənbə axşamı saat 21:00-da Rossiya-1 telekanalında türkmənistanlı rejissor Murad Əliyevin Vladimir Qrinkovun eyniadlı dedektiv romanı əsasında çəkdiyi “Turktskiy tranzit” (“”Türkiyə keçidi””) serialının ilk nümayişinə başlanıb. Rusiya, Türkmənistan və Tacikistanın bir çox tanınmış aktyorlarının rol alıdığı serialda Rusiyanın əməkdar artisti Teymur Bədəlbəyli, azərbaycanlı türk model Günay Musayeva, “Dərviş teatrının aktyoru Şirzad Əsəd ilə yanaşı 9 yaşlı Camal Qurbanov da çəkilib.

Moskvadakı 900 nömrəli məktəbin 2-ci sinif şagirdi və müəllimlərinin sevimlisi olan Camal Qurbanovun bu seriala çəkilməsi tam təsadüf nəticəsində olub. Rusiyanın əməkdar rəssamı Qüdrət Qurbanov və rəssam İlhamə Qurbanova ailəsinin yaxın dostu, aktyor Şirzad Əsəd seriala uşaq axtarıldığını deyib və Camalın da sınaq çəkilişlərinə qatılmasını istəyib.

Bir çox yaşıdlarının iştirak etdiyi seçim turunda rejissor Murad Əliyev Camal Qurbanovun üzərində dayanıb. Çəkilişlər zamanı rejissor dəfələrlə seçimində yanılmadığını, balaca Camalla işləyəndə çətinlik cəkmədiyini söyləyib.

“Turetskiy tranzit” (“Türkiyə keçidi”) serialında qadağan olunmuş malı Türkiyə ərazisindən Rusiyaya keçirən mafiyadan bəhs edilir. Serialda əkiz bacılardan biri olan Tanya türk mafiyozunun pulunu qaçırıb köhnə qəbirstanlıqda gizlədir. Onu mafiya hər yerdə axtarırkən bacıların o biri tayı -Palina Türkiyəyə istirahətə gəlir. Əsl olaylar bundan sonra başlanır.

Mafiya başçısı Rüstəmin (Teymur Bədəlbəyli) axtardığı Tanya güman edilən Palinanı ilan vurmuş vəziyyətdə İbrahim və Gülnarənin qızı Cəmilə tapır. Serilada Camal məhz Türkmənistandan köçüb Türkiyəyə gəlmiş sahibkar İbrahimin oğlu Əlini oynayır.

Serialin çəkilişləri Moskva, Qelenjik, Bosnya-Hersoqovinanın Neum, Çaplina, Sarayevo və Türkiyənin İstanbul şəhərlərində olub.

Filmdə Yanina Studilina, Boris Şerbakov, Vladimir Jerebtsev, Aleksandr Lobanov, misirli akrtisa Layla Abdulbaki və başqaları çəkilib.

Tünzalə Vəliqızı, Moskva

FOTOLAR YENİSES.RU-nundur

“Turetskiy tranzit” serialında 4 azərbaycanlı ismi - Camal Qurbanovun debütü
“Turetskiy tranzit” serialında 4 azərbaycanlı ismi - Camal Qurbanovun debütü
“Turetskiy tranzit” serialında 4 azərbaycanlı ismi - Camal Qurbanovun debütü
“Turetskiy tranzit” serialında 4 azərbaycanlı ismi - Camal Qurbanovun debütü


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir