Türk fabrikləri Moskva Autsorsinq üzrə 4-cü Beynəlxalq Biznes-Platformasında mükafatlandırıldı

Türk fabrikləri Moskva Autsorsinq üzrə 4-cü Beynəlxalq Biznes-Platformasında mükafatlandırıldı
Noyabrın 15 –də Moskvada işinə başlamış Autsorsinq üzrə 4-cü Beynəlxalq Biznes Platformasında İstanbul Hazır Geyim və Konfeksiyon İxracatçıları Birliyinin xətti ilə 11 türk müəssisəsi iştirak edib. Biznes platformanın ilk günündə hazır geyim istehsalında istifadə edilən düyməsindən- sapına, etiketindən -loqosuna kimi xırda detalları istehsal edən türk fabriklərinin məhsulları maraqla qarşılanıb. Dünya ölkələri və MDB-nin 50-dən çox müxtəlif yüngül sənaye müəssisələrinin iştirak etdiyi biznes-görüşməsində türk fabriklərinə öz məhsullarını təqdim etməklə yanaşı, ixracatla bağlı bir sıra razılılaşma əldə etmək imkanı da qazandırıb.

Danışıqlar formatında olan biznes görüşmələri platformasında əsas iştirakçı qismində yüngül sənayenin müxtəlif istiqamətlərində istehsalla məşğul olan Rusiya, Ermənistan və Qazağıstan istehsalçıları Türkiyə və Çinlə rəqabətə davamlı mallar nümayiş etdiriblər. Bu görüşmələr onlara istehsalın bu sahəsində xeyli yol aldıqlaırnı göstərməklə bərabər müştəri kontingentini genişləndirmə fürsəti də qazandırıb.

Qeyd edək ki, Rusiya dəb sənayesi üzvləri assosiasiyasının (RAFİ) təşkilatçılığı ilə keçirilən “Bee-Together.ru” 4-cü Beynəlxalq Biznes Platformasının əsas məqsədi də brendlər və müsssisələrə dəb sənayesinin ən önəmli məsələlərindən biri olan keyfiyyətli istehsala və qarşılıqlı ticarət mübadiləsinə yardım etməkdir.

Gün ərzində sıx görüşmələrlə müşaiət olunan biznes görüşməsinin ilk gününün sonunda RAFİ “Bee-together.ru” iştirakçı müəssisələri mükafatlandırıldı.

11 türk fabriki də mükafatlandırlanlar sırasında yer aldı. İstanbul Hazır Geyim və Konfeksiyon İxracatçıları Birliyi idarə heyətinin üzvü Birol Sezer iştikarçı türk fabrikləri haqqında qısa məlumat verərək Rusiya-Türkiyə arasında hərtərəfli münasibətlərin yüksək templə inkişafından söz açdı. Belə beynəlxalq miqyaslı tədbirdə türk fabriklərinin mükafatlandırılmasından dolayı Rusiya dəb sənayesi üzvləri assosasiyasına (RAFİ) minnətdarlıq edən yetkili türk məhsullarının ixracatı yolunda bu tipli görüşmələrin əhəmiyyətliliyini də xüsusi vurğuladı. “Ümidvaram ki, RAFİ ilə əməkdaşlığımız gələcəkdə də uğurla davam edəcək”-deyə Birol Sezer bildirdi.

Xatırldaq ki, Bee-together.ru” 4-cü Beynəlxalq Biznes Platforması sabah da (bu gün-red) davam edəcək.

Tünzalə Vəliqızı

FOTOLAR

Yenises.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir