Türk filmi “Zərrə” 35-ci Moskva Beynəlxalq kinofestivalının ən yaxşısı oldu


Türk filmi  “Zərrə”  35-ci Moskva Beynəlxalq  kinofestivalının ən yaxşısı oldu
35-ci Moskva Beynəlxalq kinofestivalının ən yaxşı filmi rejissor Ərdəm Tepegözün ekranlaşdırdığı “Zərrə” filmi olub. O festivalın “Qızıl Müqəddəs Georgi” mükafatına layiq görülüb. Mükafatı flmin yaradıcısına münsfilər heyətinin sədri iranlı rejissor və yazısı Mohsen Mahmahbaf təqdim edib.

Sosial dram janrında olan “Zərrə” filmi iş axtarmaq məqsədiylə İstanbul küçələrində dolaşan Zeynəbin başına gələnlərdən bəhs edir. İstanbulun kasıb məhəlləsində yaşayan, xəstə qızını yedirtməkdən ötəri küçələrə düşən, bu yolda ağlasığmaz təkiflərlə qarşılaşan filmin qəhrəmanı axtarmaqdan və alçaldılmaqdan usanaraq axırda ən son vasitəyə əl atmaq qərarına gəlir.

Zeynəb rolunun ifaçısı türk aktrisası Jalə Arikan festivalın ən yaxşı qadın oyunçusu seçilib.

“Zərrə”filmi ən yaxşı film və onun baş qəhərmanı isə ən yaxşı qadın oyunçusu kimi kinofestivalın 2 mükafatını qazanıb.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir