Türk pomidoru Rusiya bazarına qayıdacaq, lakin…


Türk pomidoru Rusiya bazarına qayıdacaq, lakin...
Tkaçev türk pomidorunun Rusiya bazarına qaytarılması şərtlərindən danışıb.

Türkiyədən gətirilən tərəvəzlərə qoyulan qadağanın qaldırılmasını Rusiya ət məhsullarının Türkiyə bazarına buraxılması məsələsi ilə birgə müzakirə etmək lazımdır. Bu mövqe ilə kənd təssərrüfatı naziri Aleksandr Tkaçev adıçəkilən nazirliklərin G20 görüşündə kuluarda söylədiyini TASS xəbər verib.

“Qismən və tamamilə türk tərəvəz və dənli bitkilərinin qadağasının qaldırılması qarşılıqlı şəkildə Türkiyə tərəfininin də Rusiyanın süd, mal, qoyun və quş ətinin türk bazarına girməsinə qoyulan qadağasının götürülməsi məsələsi ilə birgə müzakirə olunmalıdır””-deyə kənd təssərrüfatı naziri bəyan edib.

Bununla bərabər nazir onu da qeyd edib ki, Moskva hazırkı ərzaq embarqosunu qaldırmaq məsələsində “”milli təhlükəsizlik nöqteyi-nəzərindən”” çıxış edərək hərəkət edəcək.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir