Türk şeirinin üz ağı-Məmməd İsmayıl


Türk şeirinin üz ağı-Məmməd İsmayıl
Çanaqqala 18 Mart Universitetində Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünün müəllimi dossent Məmməd İsmayılın yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ədəbiyyat fakültəsinin dekanı professor Ahmet Erdem, Türk dili və ədəbiyyatı bölümünün rəhbəri professor Ramazan Güləndam, elmlər doktoru Muhemmed Erat və çox sayda alim və tələbələr iştirak ediblər.

Məmməd İsmayılın şair, yazışı, elm insanı kimi yaradıcılığına həsr olunmuş seminarda ilk söz ilə professor Ramazan Gülendam çıxış edib.

“Türk dili və ədəbiyyatı bölümü olaraq müasir türk şeirinin üz ağı olan Məmməd İsmayılın 17 ildir burda çalışmasından qürur duyan bölümümüz bu proqramı şairimizə bir təşəkkür nişanəsi olaraq düzənlədi. Başda rektorumuz professor Sedat Laçiner olmaqla bütün təşkilatçılara təşəkkür edirəm ”-deyib.

Yığıncağa Məmməd İsmayılın Helsinskidə yaşayan qızı Gülzar İsmayıl qatılaraq atasına sürpriz edib.
Gülzar İsmayıl Məmməd İsmayıl kimi adlı-sanlı bir atanın övladı olmaq asan deyil deyib. “ Hər kəs bu məsuliyyəti daşıya bilməz. Tanınmış bir insanın övladı olunca o soyadın altında qalmamaq üçün daha çox çalışmaq gərəkir. Mən də Gülzar İsmayıl olaraq bir şeylər başarmağa çalışdım. Təbii ki, atam hər zaman arxamdaydı və mənə dəstək verirdi”-söyləyib.

Gülzar İsmayıl onu da qeyd edib ki, atam hər şeyə qənaət edərdi, amma kitaba xərclədiyi pula heç vaxt qənaət etməzdi. Bizə “kitablar sizə əsl insan olmağı öyrədir” deyirdi. Mən atamı bir bulağa bənzədirəm. Bulağın gözü tutula bilər, amma o bulaq yetərincə güclüdürsə özünə yol tapır”- deyib.

Sonda söz alan Məmməd İsmayıl nitqinə qızı Gülzarın kitab haqqında dedikləri ilə başlayıb. “İnsanlığın ən böyük kəşfi şübhəsiz ki, kitabdır. Kitab ən əsas fikirləri içində saxlayıb keçmişdən gələcəyə yol alan gəmiyə bənzəyir. Əgər yanınızda kitab varsa yalnız deyilsiniz” –deyə ifadə edib. Məmməd İsmayıl ona bü günü yaşadan hər kəsə təşəkkürünü bildirərək, “Unuttuğun yerdeyim” kitabını təqdim edərək, şeirlərini oxuyub.

Proqrama Kültür Universitetindən professor Vahid Türk, professor Demir Ceylan, Avrasiya Yazarlar Birliyindən şair Ali Akbaş və yazar İmdat Avşar da qatılıblar.

Sonra sevimli şairimiz “Unuttuğun Yerdeyim” kitabının imzalama mərasimi olub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir