Türkiyə məhkəməsi amerikalı pastor Bransonu azad etdi


Türkiyə məhkəməsi amerikalı pastor Bransonu azad etdi
Məhkəmə formal olaraq rahibi 3 il həbs cəzasına məhkum etmişdi və o, cəza müddəti başa çatdığı üçün azad edilib. ABŞ prezidenti Donald Tramp pastor Bransonun azad ediləcəyi haqda məlumat verib: O tezliklə evdə olacaq.

“Pastor Bransonu inidicə buraxdılar. Tezliklə evdə olacaq””-deyə Tramp özunun Twitter səhifısində bu xəbəri böyük şriftlərlə paylaşıb.

Beşinci gün Türkiyənin İzmir məhkəməsi 3 il bir ay 15 gün azadlıqdan məhrum edilmiş amerikalı pastor Endryu Bransonu ev həbsindən azad edib. Məhkəmə onun həbsdə olduğu günləri hesablayaraq məhkumluğuna və eyni zamanda xaricə getməsinə qadağa qoyulması qərarına xitam verib.

Reyter agentliyini pastorun vəkilinə istinad edərək xəbər verib ki, Branson tezliklə ABŞ-a qayıdacaq. Mənbənin məlumatına görə ABŞ hərbçiləri Bransonu təyyarənin bortunda Amerikaya gətriməyi planlaşdırır, başqa təfərrütalar barədə heç nə açıqlanmır.

Bundan əvvəl məhkəmə üç dəfə Bransonun vəkilinin onun ev dustaqlığından azad edilməsi ilə bağlı apellyasiya şikayətini rədd etmişdi.

Son zamanlar Vaşinqton və Ankaranın münasibətləri 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakına və Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə partiyası ilə əlaqəsinə görə günahlandırılan Branson işi də daxil olmaqla kəskinləşmişdi. Avqustun əvvəlində ABŞ-ın maliyyə nazirliyi Türkiyənin Ədliyyə naziri Abdulhamid Gül və DİN başçısı Süleyman Soylunu “” insan haqlarını ciddi şəkildə pozmaqda”” ittiham edərək onlara qarşı sanksiya tətbiq etmişdi.

Bundan sonra ABŞ prezidenti Türkiyədən gətirilən alüminium və poladın vergisini 20 % və 50%-ə qaldırmışdı. Bu türk lirəsinin tarixi minimuma enməsinə səbəb olmuşdu. Ankara cavabında dərhal 22 adda amerika məhsullarına, o cümlədən tütün, spirtli içki, avtomobil, kosmetika məhsulları, düyü və meyvəyə qoyulan rüsumu artırmışdı.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir