Türkiyə Rusiyanın “şübhəsinə”” cavab verdi”


Türkiyə  Rusiyanın   "şübhəsinə"  cavab verdi
Ankara Rusiya Müdafiə nazirliyinin Türkiyənin Suriyaya hərbu müdaxiləyə hazırlaşmasından şüblənəndiyini bildirən bəyanatını şərh edib.

Türkiyənin baş naziri Əhməd Davutoğlu bəyan edib ki, Moskva bununla Suriya Ərəb Respublikasında öz hərəkətindən diqqətləri yayındırmaq istəyir. Bu haqda Reuters məlumat verib.

“Türkiyənin özünün təhlükəsizliyi üçün istənilən ölçünü götürməyə tam haqqı var””-deyə Davutoğlu qeyd edib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Jon Kirbi öz növbəsində bildirib ki, bu mövzunu müzakirə etmək niyyəti yoxdur. Onun sözlərinə görə Türkiyə Suriya ilə arasındakı 98 kilometrlik sərhəddini bağlamaqla, yaraqlıların keçməsinin və “”İslam Dövləti”” beynəlxalq terror təşkilatina yüklərin çatdırılmasının qarşısını almaqdan ötrü bu hərəkəti həyata keçirir.

Bununla yanaşı, Dövlət Departamentinin nümayəndəsi onu da vurğulayb ki, ABŞ “”İŞİD””lə mübarizədə Türkiyəni başlıca tərəfdaş sayir və türk hərbi hava qüvvələri də koalisiyanın tıərkibində Suriyadakı yaraqlılara zərbə endirmə əməliyyatında iştirak edir.

Xatırladaq ki, Rusiya hərbi qurumunun nümayəndəsi İqor Konaşenkov fevralın 4-də jurnalistlərə bildirmişdi ki, RF Müdafiə nazirliyi Türkiyənin Suriyaya hərbi müdaxilə edəcəyinə işarə edən hərəkətindən şübhələnir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir