Türkiyə və Rusiya arasında etibar bərpa olunur-KİV-in reaksiyası


Türkiyə və Rusiya arasında etibar bərpa olunur-KİV-in reaksiyası
“Türk axını”” anlaşması imzalandı, türk meyvə-tərəvəzi Rusiya bazarlarına geri dönür…

Siyasi meydanda maraqları Suriya məsələsində toqquşan Türkiyə bəzi güzəştləri qəbul edir. Bir sözlə, Türkiyə-Rusiya münasibətlərində yeni səhifə-yaxınlaşma Qərbin üz döndərdiyi iki ölkəni yenidən bir araya gətirib. Rusiya KİV-i bu görüşün məqamlarını belə işıqlandırıb.

Rus- türk münasibətlərinin normallaşması prosesinin başlanmasından sonra ilk dəfə RF prezidenti Vladimir Putin Türkiyəyə səfər etdi. İstanbulda keçirilən Beynəlxalq enerji konqresinin işində iştirak etməyə gedən prezident Putinin bu səfərinə mətbuat müxtəlif mövqedən yanaşıb.

“”Moskovski Komsomolets”” qəzeti Putinin İstanbul səfəri Çerçilin -“”Siyasətdə dost və düşmən yoxdur, sadəcə qarşılıqlı maraqlar var””- deyiminin həqiqiliyini bir daha təsdiqlədiyni qeyd edərək, bu görüşün hər iki dövlətin maraqlarına xidmət edəcəyi məqamları sadalayır.

Qəzet Rusiya və Türkiyənin nəinki ideoloji, hətta strateji nöqteyi- nəzərdən Qərbə qarşı müxalif durumda olduğunu yazır. “”Hər ikisi müstəqil daxili və xarici siyasət yürütmək iddiasındadırlar və istəyirlər ki, beynəlxalq meydanda onlarla hesablaşsınlar. Hər ikisi iqtisadi problemlər və məhdudiyyətlərlə qarşı-qarşıya qalıb və bunu aşmaq üçün yol axtarırlar””.

Kremllə genişmiqyaslı münasibətlərin bərpa edilməsi marağında olan Ankara bəzi gözlənilməz addımlar atmağa hazırdır. Ərdoğan artıq Bəşər Əsədin dərhal istefaya getməsini tələb etmir və güman ki, suriyalı etirazçılara dəstəyini azaltmaq məsələsində də güzəştə gedəcək.

“”İzvestiya”” qəzeti isə görüşə həsr olunmuş məqaləsində -Rusiya lideri bu səpkili forumlara nadir hallarda gedir və əgər səfər hazırlanırsa, demək əhəmiyyətli xəbərlər gözləməyə dəyər. Belə də oldu-deyə Putinin İstanbulda bir sıra vacib anlaşmalara imza atdığına diqqət yetirib.

“”Rusiya prezidenti enerji bazarında sabitliyə nail olmaqdan ötrü neft hasilatını azaltmağa hazir olduğunu bəyan edib və digər neft ixraz edən ölkələri də buna çağırıb. İkinci xəbər isə Moskva və Ankara arasında “”Türk axını”” qaz kəməri layihəsini reallaşdırmaq qərarının alınmasıdır””.

“”İzvestiya”” Türkiyənın Rusiya prezidentini əsas qonaq kimi qəbul etdiyini və Putinin Rəcəb Tayyib Ərdoğanın yanında oturduğunu qeyd edib. Birinci cərgədə onun yanında Venesuela və Azərbaycan prezidentləri və sadəcə Türkiyə tərəfindən tanınan Şimali Kiprin rəhbəri əyləşiblər.

“”Moskovski Komsomolets”” isə energetika konqresində iştirakın Putinin imicinə müsbət təsir etmədiyini göstərib. “”Plenar iclasda iştirak üçün Türkiyə təfərinin Kosovo liderini çağıracağını eşidəndə rusiyalı diplomatların az qala saçları ağardı. Kollektiv şəkilçəkdirmədə isə Putinlə bir sırada Türkiyə lideri ilə yanaşı tanınmayan Şimalı Kipr prezidentinə də yer hazırlanmışdı””-deyə bunu xal itirmək kimi dəyərləndirir.

Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar “”Ulduz”” sarayında keçib. Bir neçə saat sürən danışıqlardan sonra “”Türk axını”” tikintisinin razılaşması sənədi imzalanıb.

Bundan başqa görüşdə iqtisadi-ticari münasibətlər, turizm, müdafiə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Rusiya nümayəndə heyətinin tərkibində RF Silahlı Qüvvələri Baş qərargahının rəisinin iştirakı təsadüfi deyil.

Ərdoğan gerçəkləşən görüşün çox əhəməiyyətli olduğunu söyləyib. Tərəflər Suriyada birlikdə hərəkət etməyin mümkünlüyünü də müzakirə ediblər.

Vladimir Putin Türkiyə üçün Rusiya qazının qiymətinin aşağı salınması haqqında da danışıldığını bildirib. Həmçinin Türkiyədən gətirilən qida məhsullarına qoyulan qadağanın hissə-hissə aradan qaldlırılacağı vəd olunub.

Rusiya lideri Moskva və Ankara Suriyada sülhün bərqərar olması tərəfdarıdır və tezliklə siyasi danışıqlar mərhələsinə keçmək, Hələbə humanitar yardım göndərilməsini təşkil etmək lazımdır-deyib.

Rusiya prezidenti əlavə edib ki, hərbi-texniki sahədə əməkdaşlığı müxtəlif layihələrlə zənginləşdirmək nəzərdə tutulub.

“”Kommersant””ın müxbiri Türkiyə-Rusiya böhranından sonra Putinin bu ölkəyə ilk səfərindən, Beynəlxalq energetika konqresinin gedişatından hazirladığı geniş reportajda bütün detallara bənd-bənd toxunub. Özünün müşahidələrini şərhi ilə rəngləyən “”Kommersant”” müxbiri bir-biri ilə yenə dost kimi danışan perzidentlər (Putin və Ərdoğanın) arasında “” bu gün bu dostluq nə qədər yaxşıdır, nə qədər güclü və möhkəmdir, təbii ki, ilk fürsətdə qırılacaq””-deyə fikrinə şübhəli ahənglə nöqtə qoyub.

Tünzalə Vəliqızı
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir