Türkiyə – ZƏLZƏLƏ: 912 ölü, 5385 yaralı


(xəbər yenilənməyə davam edəcək)

Zəlzələdən sonra  açıqlama verən TC  prezidenti Rəcəb Tayyib Ərdoğan  təbii fəlakət nəticəsində 912 nəfərin öldüyünü  və 5385 nəfərin isə yaralandığını bildirib. Rəqəmlər gün ərzində dəyişə bilər…(((

 Xəbər verildiyi kimi bu gün –fevralın 6-da səhər saatlarında Türkiyənn Kahramanmaraş və bir sıra cənub rayonlarında 7,4  bal gücündə zəlzələ baş verib.

Mərkəzi Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələ Türkiyənin Şərqi, Cənub-Şərqi, Aralıq dənizi, İç Anadolu və Qara dəniz bölgələrini silkələyib.

    Zəlzələ nətticəsində mərkəzi Kahramanmaraş olmaqla Gaziantep, Diyarbakır, Adıyaman, Malatya, Şanlıurfa, Adana, Elazığ,  Osmaniye, Hatay ve Kilis rayonlarında çox sayda yaşayış və inzibati binalar dağılıb. Dağıntılar altında bir çox sayda insan qalıb. Xilasetmə işləri aparılır.

  Zəlzələdən sonra  açıqlama verən TC  prezidenti Rəcəb Tayyib Ərdoğan  təbii fəlakət nəticəsində 912 nəfərin öldüyünü  və 5385 nəfərin isə yaralandığını bildirib. Rəqəmlər gün ərzində dəyişə bilər…(((

  Zəlzələ  bölgələrində məktəblər iki  həftəliyinə bağlanıb.

TÜRKİYƏ ZƏLZƏLƏSİ DÜNYA MANŞETLƏRİNDƏ

Türkiyədə baş verən və  son 500 ilin ən ağır fəlakəti kimi dəyərləndiriən zəlzələ dünyanın aparıcı mediya agentliklərinin manşetində yer alıb.

   Dünyanın bir çox ölkələrindən başsağlığı və yardımda istək təklifləri gəlməkdədir.   İlk yardım çağırışını gözləmədən ora  yollanan isə yenə qardaş Türkiyənin hər daim yanında olan Azərbaycandır.

   Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb. 370 nəfərdən ibarət xüsusi xilasedici heyət artıq Türkiyədədir.

Qeyd edək ki, Türkiyə zəlzələ ilə bağlı 45 ölkədən, o cümlədən Azərbaycan, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, Misir, İsrail, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Polşa, Serbiya, ABŞ-dan yardım təklifi alıb. Yardım Avropa Birliyi, NATO və MAQATE tərəfindən də təklif olunub.


İlon Mask zəlzələdən sonra lazım olarsa, Starlink terminallarını Türkiyəyə göndərməyə hazır olduğunu bildirib.

Başın sağ olsun, TÜRKİYƏM!

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir