Türkiyədə Məmməd Əmin Rəsulzadəni daha çox Menderesə bənzətdilər-VİDEO


Türkiyədə Məmməd Əmin Rəsulzadəni daha çox  Menderesə bənzətdilər-VİDEO
Bu bayraq haranın, bu şəkil kimindir?

Anlara küçələrində aparılan sorğuda bir çoxları bayrağımızı tanısa da, Azərbaycan Demokratik Cümhiriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni tanımayıb.

Ankaranın Əsri məzarlığında uyuyan Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni Türkiyədə tanıyırlarmı?

Youtube üzərindən yayımlanan Harun Yazıcı ilə ortaq layihəmiz olan və bu günə qədər 70 mindən artıq izləyici toplayan “Dunyaya sorduk” proqramı çərçivəsində bu dəfə Ankara sakinlərinə Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəninin kim olduğu sorulub.

Ankaranın Əsri məzarlığında uyuyan böyük lider haqqında oranın işçisi Halil Gümüşçivi Azərbaycan Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadəyə xidmət etməkdən qürur duyduğunu söyləyib.

Harun Yazıcı Ankara küçələrində apardığı sorğuda üzərində Məmməd Əmin Rəsulzadənin şəkli olan bayrağı göstərərək bu bayrağın hansı dövlətə aid və şəkildəki şəxsin kim olduğunu soruşub. Bir çoxları “bayraq türk çümhuriyyətlərundən birinindir”- deyib. Məmməd Əmin Rəsulzadəni isə Türkiyənin baş naziri olmuş Adnan Menderesə bənzədiblər.

Soğuda iştirak edənlər arasında Məmməd Əmin və Azərbaycan sevdalısı olanlar da -“İki dövlət bir millət””-deyənlər də olub.

Maraqlı məqamlardan biri kimi isə əcnəbi-qaradərili tələbələrin həm bayrağımız, həm də liderimiz haqqında tam məlumatlı olmaları diqqət çəkib. Onlara bu məlumatı universitetdə birgə təhsil alıdqları azərbaycanlı tələbə yoldaşlarından öyrəndiklərini bildiriblər.

Tünzalə Vəliqızı
Yenises.ru
27.06.2019


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir