Türkiyənin məşhur müğənnisi Müslüm Gurses həyatla ölüm arasında


Türkiyənin məşhur müğənnisi Müslüm  Gurses  həyatla ölüm arasında
Türkiyənin tanınmış sənətçisi Müslüm Gurses ürək əməliyyatı keçirib. Memorial Xəstəxanası və Damar Cərrahiyyəsi bölümündə əməliyyat olunan Gursəsin vəziyyəti ciddiyyətini qoruyur. Cərrah professor Bingür Sönməz onun səhhəti ilə bağlı açıqlama verib.

Professor Gursesin vəziyyətinin yaxşılığa doğru getdiyini bildirib. “Lakin illər uzunu canının qeydinə qalmayan sənətkarın bədəni hər an bizə sürpriz hazırlaya bilər”-deyə də danışıb.

Sənətkarın uzun illər əvvəl morqa atıldığı hadisəsini xatırlayan sevənləri “o, bu dəfə də başaracaq”- deyə ümidlidirlər.

Gursesin həyatında başından keçən o hadisə 1978-ci ildə Tarsusdan Adanaya gələrkən baş verib. Sürücüsü ilə avtoqəzaya düşən sənətçinin öldüyü zənn edilmib morqa atılmışdı. Morqun gözətçisi onun ayaqlarının tərpəndiyini görüb oradan çıxartmış, bundan sonra o bir sıra əməliyyatlar keçirmişdi. Başından əməliyyat keçirən və tibbi cihaz taxılan Müslüm Gursesin o zaman danişa bilməyəcəyi hətta kar olacağı ehtimalından xəbər vermişdi həkimlər. İllərlə başını hər hanı bir yüngül zərbədən qorunmaq məcburiyyəti ilə yaşayan sənətçi Türkiyənin ən güclü səsi olaraq səhnəyə qayıtmışdı.

Bu dəfə də həyatıyla mübarizə aparan sənətkarın onu sevənlərini buraxmayacağına inanırlar.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir