Türkiyənin Rusiyadakı səfirliyinin mətbuat müşaviri: Fuad Abbasovun işdən çıxarılması “İhlas”” agentliyinin daxili qərarıdır”


Türkiyənin Rusiyadakı  səfirliyinin mətbuat müşaviri: Fuad Abbasovun  işdən çıxarılması "İhlas" agentliyinin daxili qərarıdır
Yenises.ru saytı Türkiyənin Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfirliyinə məktub göndərərək “İhlas”” xəbər agentliyinin Moskvadakı müxbiri Fuad Abbasovun Rusiya televiziyalarndakı çıxışları ilə bağlı fikrilərini və işdən çıxarılması səbəbinin nəylə əlaqədar olacağı haqqında hər hansı bir məlumatlarının olub, olmadığını öyrənib.

“”Fuad Abbasovun işdən çıxarılması onun Rusiya televiziyalarında Türkiyəni dəstəkləməsi ilə əlaqəli ola bilərmi? “”

Türkiyənin Moskvadakı səfirliyinin mətbuat müşaviri suallarımızı belə cavablandırıb:

“”Səfirliyimiz Moskvada üzərinə düşən işləri diplomatik anlaşmalar çərçivəsində həyata keçirir. Hörmətli Fuad Abbasovun durumuyla bağlı qərar “”İhlas”” xəbər agentliyinin öz işçi siyasəti ilə əlaqədardır. Xüsusi şirkətlərin işçi siyasəti şirkət rəhbərləri tərəfindən idarə edilir””.

Redaksiyamızın poçtuna göndərilən cavab məktubunda Mətbuat müşaviri onu da əlavə edib ki, Türkiyənin Rusiyadakı səfiriliyində “”İhlas”” xəbər agentliyinin nədən belə bir qərar verdiyi haqqında məlumat yoxdur.

Tünzalə Vəliqızı, Moskva
15.04.2016


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir