Türkiyə- Almaniya münasibətlərini “dostluq testindən”” erməni keçirir”


Türkiyə- Almaniya münasibətlərini  "dostluq testindən"  erməni keçirir
Türkiyə “erməni genosidi””nə Almaniyada səsverməni dostluq testinin sinağı hesab edir. Türkiyənin baş naziri Binalı Yıldırım Osmanlı imperiyası dövründə olan hadisəyə “”erməni genosid”” adı qoyub onu tanımağa çıxarılacaq gözlənilən səsverməni Almaniya-Türkiyə arasında “”dostluğun sınanması testi”” adlandırıb.

“”Nə birinci, nə də sonuncu dəfə 1915-ci il hadisələrinə görə bizi cavabdeh etməyə cəhd edirlər. Bəzi bizə dost olan ölkələr öz daxili problemlərindən diqqəti yayındırmaq məqsədiylə belə “”işıqlı fikirlər”” meydana ataraq vətəndaşlaırnı başqa mövzuya istiqamətləndirirlər. Bu gün Almaniya Türkiyə ilə dostluq testindən keçir””-deyə Yıldırım AKP-nin regional şöbələrinin başçıları ilə keçirilən görüşdə bildirib.

Hökümət başçısı onu da əlavə edib ki, Almaniyada 3,5 milyon etnik türk yaşayır. Onlardan 400 mini sahibkarlıqla məşğul olur və Almaniya iqtisadiyyatına milyardlarla avro gəlir verir, milyon insanı işlə təmin edir.

“”Düşünürəm ki, Almaniyanın bu böyüklükdə seçicisi olan cəmiyyəti xəyal qırıqlığına uğratmağa haqqı yoxdur -deyib türkiyəli baş nazir.

Türkiyə ermənlərin qondarma genosidinə kəskin tənqidi reaksiya verir. Prezident Rəcəb Tayyib Ərdoğan artıq bəyan edib ki, əgər bundestaq “”erməni genosidi””ni tanıyarsa, bu türk-alman münasibətlərinə ziyan verəcək.

Rəsmi Berlin üçün Ankara ilə münasibətlər xüsusilə əhəmiyyətlidir. Almaniya kansleri Angela Merkel Avropa Şurası və Türkiyə arasında mart ayında bağılanan miqrasiya razılaşmasının vacibliyini dəfələrlə vurğulayıb. Bununla yanaşı, Almaniyada Merkeli Türkiyəyə güzəştə getdiyi və prezident Ərdoğana yumşaq münasibətindən dolayı kəskin tənqid edirlər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir