Türkiyə Böyük Millət Məclisi müraciət-sənədi qəbul etdi


Türkiyə Böyük Millət Məclisi  müraciət-sənədi qəbul  etdi

Türkiyə Böyuk Milllət Məclisinin Baş qərargahı hökümətə Suriya məsələsində Türk Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi və vəzifəsi ilə bağlı bir il müddətində izin verilməsi istənilən Baş nazirliyin yazılı müraciətini qəbul edib.

Suriya mövzusunda Turk Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi və vəzifəsi də daxil olmaqla hökümətə bir il müddətində yetki verilməsi Baş qərargahın qapalı iclasında müzakirə olunub. 3 saat 20 dəqiqə çəkən yığıncaqda müraciət -sənəd 320 səslə qəbul eidlib. Sənədin əleyhinə isə 129 səs verilib.

Sənəddə Suriyada davam edən böhranın təkcə regional sabitlik və təhlükəsizliyə deyil, həmçinin milli təhlükəsizliyə də mənfi təsirinin artdığının açıq şəkildə göründüyü bildirilir.

Türkiyə Böyük Millət Məclisi bu sənədi qəbul etməklə hökümətə Suriya məsələsində xaricdən müdaxilə haqqı vermiş olub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir