Türkiyə Suriya təyyarəsini Ankara aeroportuna endirdi


Türkiyə  Suriya təyyarəsini  Ankara aeroportuna   endirdi
Xarici işlər nazirliyi Suriya hava sahəsinin təhlükəli hala gəlməsi və iki ölkə arasındakı münasibətlərin gərginləşməsi səbəbiylə Türkiyə mülki təyyarələrinin bu bölgədəki uçuşlarını dayandırılıb. Bu arada Türk hava sahəsində Suriya Hava Yollarına aid təyyarə hərbi döyüş təyyarələrinin vasitəsiylə saat 17:15 –də Ankaranın Esenboğa aeroportuna endirilib. Türk Hava Yollarının həcc səfərinə uçan reysi Suriya hava yolları bağlı olduğu üçün Adanaya enməli olub.

Xarici İşlər nazirliyindən bu xəbər təsdiqlənib. Mülki Aviasiya Müdirliyindən bu gün günortadan sonra Suriya hava yolundan istifadə edən Türk havayolu şirkətlərinə təcili xəbər verilib ki, bütün təyyarələrini geri döndərsin. Bununla əlaqədar Moskvanın Vnukov aeroportundan qalxan Suriya hava yollarına məxsus Airbus A 320 tipli təyyarə hava sahəsi bağlandığına görə Ankara Esenboğa aeroportuna enmək üçün istiqamətləndirilib.
Eyni saatlarda həcc uçuşu üçün Bursa Yenişəhər aeroportundan qalxan Türk Hava Yolları təyyarəsi Suriya hava yolları bağlandığına görə saat 18:30-da Adanaya eniş edib. Təyyarə hələ də Adanada gözləməkdədir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir