Türkiyə televiziyasında Rusiyaya həsr olunmuş həftəlik analitik proqrama start verilir


Türkiyə televiziyasında Rusiyaya həsr olunmuş həftəlik  analitik proqrama start verilir
Bu gün Türkiyənin Tele-1 kanalında Rusiya-Türkiyə münasibətlərinin işılqlandıracaq həftəlik analitik proqrama start veriləcək. “Dünyanın Öteki Yüzü”” adlanan proqram Hakan Aksayın təqdimatında efirə çıxacaq.

“”Türkiyə KİV-nın böyük hissəsini televiziya kanalları təşkil edir. Bizim xalq ən çox televiziyaya baxan xalqlardandır. Rusiya və rus-türk münasibətləri mövzusu televiziya meydançasında öz yerini tapmalıdır. Mən çox uzun zaman bu layihənin hazırlanması ilə məşğul idim, nəhayət ki, onu Tele-1 kanalında həyata keçirə bildim “”-deyə proqramın müəllifi bildirib.

Hakan Aksay onu da əlavə edib ki, proqramda rus-türk münasibətləri mövzusunda ixtisaslaşmış diplomatlar, siaysətçilər, jurnalistlər və ekspertlərin iştirak edəcəklər. “”Rusiya-Türkiyə münasibətləri hara istiqamət götürür?””, “” Trampın prezidentliyi müddətində ABŞ Rusiya və Yaxın Şərqə necə təsir edəcək?””, “”Türkiyə ŞOS üzvü ola biləcəkmi?”” kimi suallara cavab axtarılacaq.

Hakan Aksay 1987-ildə Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsini bitimiş, 20 il ərzində Moskvada Türkiyənin müxtəlif televiziya və qəzetlərini təmsil edib. 2004-cü ildə Rusiya-Türkiyə araşdırma mərkəzini (RUTAM) yaradıb və buna görə RF prezidenti Vladimir Putin tərəfindən A.S. Puşkin medalı ilə mükafatlandırıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir