TÜRMEB – Dünyada İlk Olaraq Türkiyədə qurulan xəbər agentliyi


TÜRMEB - Dünyada İlk Olaraq Türkiyədə qurulan xəbər agentliyi
TÜRMEB -Türkiyə Media Bilişim Platformu – uzun zamandır düşünülən və dünyada ilk olarak Türkiyədə qurularaq hayata keçirilən sivil xəbər agentliyidir. Bünyamin Erdemirin rəhbərliyi altında fəaliyyət göstərən agentlik indidən uğur qazanmağa iddialıdır. Bünyamin Erdemirlə müsahibəni təqdim edirik.

– TÜRMEB-in yaranma zərurəti nə zaman ortaya çıxdı?

– 15 iyul çevriliş gecəsi və sonrasında demokratiya növbələrimizdə insanlarla danışıb, həm də sosial mediadan 15 iyul sonrasında hadisələrin axarını təqib etdik və gördük ki, bu ölkədə KİV nə yazıq ki, millətin mənafeyini müdafiə etmək əzmində deyil və ya bu işin öhdəsindən gələ bilmir. Biz də Türkiyənin ilk sivil basın media hırıkatını qurmağa qərar verdik. Yəni bu gün ölkəmizin media müstəvisində ehtiyac duyduğu hər sahədə meydanlara enmiş yazar, jurnalist, araşdırmacı və elm adamlarından təşkil etdiyimiz bu platformaya verəcəyimiz dəstəklə güclənməyi hədəfləmişik. Belə olarsa, ölkənin ən geniş sosial media hərəkatıyla səsimizi qısa zamanda bütün dünyaya duyurmaq asan olar.

– TÜRMEB-in missiyası haqqında da danışsanız oxucularımızda ətraflı fikir formalaşardı…

– Sərmayə təhdidi altında fəaliyyət göstərməyən, yəni şəffaf, cəsur, dürüst bir milli hərəkat olan TÜRMEB hər zaman doğrunun və millətimizin əmrində olacaq. Körfəz müharibəsi zamanı Amerika ələ keçirdiyi qənimətlərdən yandaşlarına pay verməklə bütün dünyanı neft cazibsinin çarəsizliyinə sürükləmişdi. Adriatikdə sərgilənən bu vəziyyəti Yaxın Şərqdə təmsilçisi olaraq həyata keçirirdi. Nəhayət hər kəs anladı ki, “Malcom X””in dediyi kimi “”sevdiklərini ve sevmədiklərinizi araşdırın. Görəcəksiniz ki, arxasında KİV dayanıb”” sözünün təzahürü olarak Qərbin yeni bir imperialist tələsi ilə qarşı-qarşıyayıq. 11 sentyabr ssenarisini və sonrasını da Yaxın Şərqdə hazırlayan terrorist peşkalara baxdığımızda nəhəng dünyanın düzənini dəyişəcək ssenarilərin hazırlandığının hər kəs fərqindədir. Biz ölkəmizin və dəyərlgrimizin əbədi düşmənı olan düşüncə və qüvvələrə qarşı ayıq-sayıq olmaq məcburiyyətindəyik. Odur ki, ən böyük mübarizəmiz Sivil ve Milli Xəbər Qaynağı olaraq dünyadakı xəbər manşetlərini formalaşdırmaqdır. Bunu da satılmış və kirayələnmiş qələmlər, zehniyyətlərlə deyil, xalqın dilindən və xalqın dəyərlərini qiymətləndirən insanlarla bacaracağımıza inanır, Türkiyənin həqiqətləri üçün hər mövzu, xəbər və həqiqətlərimizin anında dünyanın hər güşəsinə yaya biləcəyimizə əmin olmaq istəyirik. Bir sözlə, dünya üzərində yaxşı mənada hörümçək toru misalı sosial xəbər agentliyi qururuq. Və ürəyində vətən, torpaq və türk sevgisi olan, dünya türklərinin əl-ələ, çiyin-çiyinə mübarizəsi ilə Qərbin yeni əsr səlib yürüşünə qarşı çıxacağımızı düşünən hər kəsi sıralarımıza dəvət edirik.

-TÜRMEB-ə üzv olmaq üçün hansı kriteriyalara cavab vermək lazımdır?

– Hər hansı bir şərtimiz yoxdur. Bu gün hər kəs ağıllı telefonlardan kifayət qədər peşəkarcasına istifadə edir. Şelfi çəkməklə minlərlə insanın heyranlığını qazanır. Niyə də sıralarımıza qatılmasın, niyə də əməyini və potensialını haqq işinə sərf etməsin. Xalqların dəyərlərinə və inanclarına, yaşam tərzinə saycı və hörmətlə, ölkəsinin və dünya türklərinin məfəət və çıxarlarını gözləyən, xəbər alma və yayma potansialına malik hər kəsi bu çatı altında söz haqqına sahib görürük.

qaynarinfo.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir