Tverdə 9 nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi törədilib


Tverdə 9 nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi törədilib

Tver vilayətiərndə məişət münaqişəsi zəminində 9 nəfərin ölümü ilə nəticələnən qətllə bağlı cinayət işi qaldırılıb. Bu haqda İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Bundan əvvəl xəbər verilmişdi ki, Tver vilayətində 8 nəfəri güllələməkdə şübhəli bilinən şəxs saxlanilib. b. Sonra İstintaq Komitəsindən 9 nəfərin öldüyü bildirilib.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin təlimatıyla mərkəzi apparatın müstəntiqlər və kriminalistlər briqadası hadisə yerində araşdırma aparırlar. Artıq qonşular və digər şahidlər dindirilib.

Əlavə məlumata görə Redkino qəsəbəsinində “Oktyabrın 50 illiyi”” bağçılıq dərnəyində bag evində gecə Moskva sakini tanışlarının kompaniyasında spirtli içki içib. Süfrə arxasında qonaqlar arasında məişət zəminində mübahisə başlayıb və bundan sonra şübhəli şəxs gedib. Sonradan əlində ov tüfəngi geri dönərək bir neçə dəfə atəş edib. Nətiəcədə 8 nəfər ölüb.

Hadisə yerinə baxış keçirilən zaman odlu silah atəşiylə yaralanan üç qadin və beş kişi meyidi aşkar edilib. Evin ərazisindəki sahədə maşının baqajından daha bir qadın cəsədi çıxıb.

“”Şübhəli şəxs qadının özünə qəbir qazmasına cəhd edib, o isə bundan imtina edəndən sonra onu da öldürüb meyidini baqaja gizlədib””-deyə instintaqa məlum olan xəbərdə deyilir.

O da qeyd edilir ki, yaralılardan biri hüquq- mühafizə orqanlarına zəng edə bilib. Hücum edən şəxs saxlanılıb. Hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir