UEFA Avropanın üç yaxşı futbolçusu adına layiq olacaq oyunçuların adını açıqladı


UEFA Avropanın üç yaxşı futbolçusu adına layiq olacaq oyunçuların adını açıqladı
UEFA rəsmi saytında Avropa 2011/12 mövsümünün ən yaxşı futbolçusu adına iddialı olan oyunçuların adnı açıqlayıb. Onlar “Barselona” komandasının oyunçuları Anders İnesta və Lionel Messi, həmçinin Madridin “Real” komandasının oyunçusu Kriştian Ronaldodur.

Adıçəkilən oyunçular UEFA-ya daxil olan dövlətlərin 53 idman jurnalistinin səsverməsi nəticəsində birinci üç yeri bölüşdürüblər. Səsvermənin ikinci turunda yalnız bu uç futbolçunun namizədliyi səsə qoyulacaq. Səsvermə 30 avqust Monakoda keçiriləcək.

Avropanın ən yaxşı futbolçusu mükafatı 2011-ci ildə təsis olunub. Onun 2010/11 il mövsümünün yekunlarına görə ilk qalibi Messi olub. O ikinci turda “Barselona”nın yarımmüdafiəçisi Havini və Ronaldonu ustələmişdi. Havi bu ilki mövsumdə səsvermənin nəticələrinə görə beçinci yerdədir.

Messi 2011/12 futbol mövsümündə İspaniya çempionatında 50 top vuraraq turnirinin ən yaxşı hücumçusu seçilib. Ronaldo ondan 4 top fərqi ilə geri qalır. Ronaldo “Real”ın tərkibində ölkəsinin çempionudur. İnesta isə İspaniya yığmasının tərkibində qalib gələrək Avropa 2012-nin ən yaxşı oyunçusu seçilib.

Jurnalistlərin səsverməsinə görə 4-cü yeri “Yuventus” klubunun yarımmüdafiəçisi və İtaliya yığmasında oynayan Andrea Pirlo tutur. Altıncı “Real” və İspaniya yığma komandasının oyunçusu İker Kasilyasdır. Yeddinci yerdə isə “Çelsi”nin forvardı, Kot-d-İvuar yığmasının oyunçusu Dide Droqbadır. O hazırda Çinin “Şanxay-Şenxua” komandasında çıxış edir.

/Yenises.ru /


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir