Ukrayna “çoxdilli” olacaq


Ukrayna “çoxdilli”  olacaq
Ukrayna Radasında rus dilinin regional dili kimi rəsmiləşdirilməsi gələcəkdə başqa millətlərin də öz dillərini bu sirada görməsinə yol açacaq. Ramlamentarilər bunu da düşünmüşdülərmi? Onların düşünüb-düşünmədiyini bir kənara qoyaq.

Ukraynanın Xerson vilayətindəki türklər də dil qanunundan faydalanaraq bölgədə türk dillinin rəsmi dil olmasını tələb edəcəklərini bildiriblər. Xerson vilayətinin məclis rəhbəri Viktor Pelih burada toplum şəklində yaşayan türklərin belə bir tələblə çıxış edəcəklərini söyləyib.

Viktor Pelih “”Kəndlərdə kompakt şəkildə yaşayan həm türk, həm də tatar əhalisi var və onlar da dil seçimi mövzusunda qərar verərlərsə, bizlər də qanun çərçivəsində türk xalqlarının tələblərini yerinə yetirəcik. Türkcəni də bölgə dili edərik”-deyib.

Xerson vilayəti rəhbərinin verdiyi açıqlamaya görə bu bölgədə 3 min 736 ahıska türkü yaşayır.

Dil qanunu Ukrayna parlamentində 3 iyulda qəbul edilib. Ukrayna prezidenti Viktor Yanukoviç 8 avqustda dil haqqında qanunu imzalayıb. Quvvəyə minən qanuna görə bölgədə yaşayan azsaylı xalqların nümayəndələri əhalinin 10 faizindən artığını təşkil edəcəyi təqdirdə həmin xalqın dili qanunla regional dil kimi qəbul ediləcək.

/Yenises.ru /


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir