Ukrayna mətbuatı Zaxarçenkonun ölmədiyindən şübhələnir


Ukrayna mətbuatı Zaxarçenkonun ölmədiyindən şübhələnir
Ukrayna KIV-nin qondarma DNR-in başçısı Aleksandr Zaxarçenkonun ölümünün səhnələşdirildiyindən (tamaşa olduğundan) şübhləndiyi haqda Dni.ru qəzeti yazıb.

“Obozrevatel”” nəşri ATƏT-in sosial monitorinq missiyasının nümayəndələrinin bəyanatına əsaslanaraq, onların terror baş verdiyi “”Separ”” kafesinə gələn zaman Zaxarçenko və onun cangüdənini görmədikıərindən çıxış edərək bunun səhnələşdirildiyi nəticəsinə gəlib.

Onlar onu da qeyd ediblər ki, partlayış baş verən yer bağlanmışdı, lakin donetskli yaraqlılar ölənlərin cəsədini onlara göstərməyiblər.

Digər Ukrayna KİV-i Rusiya prezidenti Vladimir Putinin yardımçşısı Vladislav Surkovun öldürülmüş DNR başçısına müraciətinin qəribəliyinə diqqət çəkiblər. Surkov müraciətində bütün feilləri indiki zamanda işlədib.

“”Bax, sən getməyə tələsirsən. Tələsirsən, amma getmək hələ tezdir. Çox tezdir. Əgər ki, başqa heç cür olmursa, hər zamankı kimi deyirəm: hələlik, qardaş, özünü qoru. Əgər burada mümkün deyilsə, özünü orada qoru””,-deyib Surkov.

Qondarma DNR-in başçısı Aleksandr Zaxarçenko avqustun 31-də ona qarşı hazırlanmış sui-qəsd nəticəsində həlak olub. Onunla bərabər cangüdəni də ölüb, eyni zamanda 11 nəfər xəsarət alıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir