Ukrayna millisindən qələbə


Ukrayna millisindən  qələbə
AVRO- 2012 turnirinə ev sahibliyi edən Ukranya millisi ilk oyununu keçirib. Kiyev şəhərində keçirilən görüşdə Oleq Bloxinin yetirmələri İsveç millisini 2:1 hesabı ilə məğlub edib.

Oyunun birinci hissəsində İsveç millisinin ən real qol şansından istifadə edə bilmədi. İbrahimoviçin başla qapıya vurduğu zərbəni Andrey Pyatov məharətlə dəf etdi.

Oyunun ikinci hissəsində isveçlilər istəyinə çatdılar. Oyunun 52-ci dəqiqəsində yaxın məsafədə komanda yoldaşının ötürməsini qəbul edən İbrahimoviç topu Ukranya qapısına göndərir və oyunda hesab açılır.

Ukranya millisi ilk qoldan üç dəqiqə sonra Andrey Şevçenkonun başla vurduğu qolla hesabı bərabərləşdirir. Oyunun 62-ci dəqiqəsində Andrey Şevçenko dubla imza ataraq komandasını hesabda önə keçirir.

İkinci hissənin qalan vaxtında İsveç millisi hücümlar qursa da nəticə sona qədər dəyişmədi.

UEFA-ın versiyasına görə bu görüşün ən yaxşısı Şevçenko seçilib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir