Ukrayna prezidenti yenə gülüş hədəfi oldu


Ukrayna prezidenti yenə gülüş hədəfi oldu
Poroşenkoya bu dəfə boş zalda çəkdirdiyi şəkil üzündən gülüş obyektinə çevrilib. Belə ki, “diqqətli”” internet izləyiciləri Ukrayna prezidentini daha kimsə dinləmək istəmir deyə lağa qoyublar.

Sosial şəbəkələrin istifadəçilərini Ukrayna prezidenti Petro Poroşenko və NATO-nun baş katibi Jens Stoltenberqun birgə NATO sammitindəki brifinqdə birgə çəkdirikləri fotoşəkillə əyləniblər. Tədbir Brüsseldə keçirilib.

İnternetdə yayımlanmış şəkildə aydın görünür ki, Ukrayna liderinin çıxışı zamanı zaldakı stullar tamamilə boşdur. Yalnız bəzi yerlərdə bir-iki jurnalist görünür. Hadisəni artıq şərh etməyə müvəffəq olmuş istifadəçilər bunun gözlənilən olduğunu vurğulayıblar. Artıq kimsə Ukrayna liderindən yeni nə isə eşitmək istəmir. Digərləri isə zarafatla jurnalistlər 2018-ci il Dünya Kuboku mətbuat mərkəzinə getməyi Poroşenkonun çıxışından üstün tutublar -deyə yazıblar.

Bununla belə, bəziləri Ukrayna başçısının bu vəziyyətini- orada jurnalistlər də daxil olmaqla orada heç kimin olmadığını fotoşəkilin məşq xarakterli çəkiliş olması ilə əlaqələndiriblər. Və xüsusilə daha ağıllı istifadəçilər iştirakçıların axşam yeməyinə çıxdıqlarını əmindirlər.

Petr Poroşenko tez-tez istehza obyektinə çevrilir. Keçən il sosial şəbəkələr onun Facebook hesabında yerləşdirilimiş videoçıxışını lağa qoymuşdular. Ukrayna başçısı Rusiya Federasiyası tərəfindən olan təhdidləri vurğulamaq istərkən, “”Ukrayna rejiminin itaətsizliyindən”” danışmışdı.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir