Ukrayna Rusiya ilə müharibəyə hazırlaşır


Ukrayna Rusiya ilə müharibəyə hazırlaşır
Bu sözləri Ukrayna xarici işlər nazirinin müavini Vadim Pristayko Kanadanın CBC radiostansiyasına müsahibəsində deyib.

RİA Novostinin CBC radiostansiyasına istinadən verdiyi xəbərdə Ukrayna XİN-nin başçısının Kanadadan ölümsaçan silahlar istədiyi bildirilir.

“Şərtlər çox yüksəkdir. Biz hamını qorxutmaq istəmirik, amma genişmiqyaslı müharibəyə hazırlaşırıq. Biz istəyirik ki, Kanada Ukraynaya ölümsaçan silahlar göndərsin. Elə silah ki, bizi müdafiə eləməyə imkan versin””-deyə nazir müavini bəyan edib.

Silah göndərilməsindən başqa Pristayko əvvəllər Kanada və Yaponiya tərəfindən vəd edilmiş maaliyə yarımının vacibliyinə də toxunub..

Qeyd edək ki, Pentaqon bundan əvvəl ABŞ-ın Ukraynaya silah göndərməsi məsələsinə razılıq vermədiyini bəyan etmişdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir