Ukrayna separatçı ordusunun yerdəyişməsi Avropa Şurasında “həyəcan doğurub”””


Ukrayna separatçı ordusunun  yerdəyişməsi Avropa Şurasında "həyəcan doğurub"
ATƏT Rusiyanı silah və könüllülərini Ukraynaya yeritməməyə çağırdı

Diplomatiyanın başçısı Mogerini Rusiyadan separatçılara Minsk razılaşmasını yada salmasını və Ukraynadan silah və qoşunlarını çıxartmasını istədi.

Avropa Şurasında qondarma Donetsk Xalq Respublikası ordusunun yerdəyişməsi “çox həyəcandoğurucu” adlandırılıb. Bu bəyanatla şuranın başçısı Federika Mogerini çıxış edib.

Avropa diplomatiyasının başçısı bütün münaqişə iştirakçılarını təmkinli olmağa səsləyib və onlara sentyabrda Minskdə razlığa gəlinmiş anlaşmanı xatırladıb.

«Mən Rusiya Federasiyasını bütünlükdə öz vəzifələrinin yerinə yetirməyə, o cümlədən ordunu, silahlanmanı və könüllülərinin öz ərazisindən Ukraynaya hərəkətinin qarşısını almağa çağırıram. Bundan başqa öz ordusunu, silah və avadanlıqlarını Ukraynadan çıxartsın və separatçıların Minsk razılaşmasına riayət etməsinə təsir etsin”-deyə Mogerini fikrini yekunlaşdırıb.

8 noyabrda ATƏT-in xüsusi nəzarət missiyası Donetskin kənarında şəxsi tərkibi və artirelleriyanı apardığı ehtimal edılən 40-dan artıq maşın kolunu aşkar edib. Bundan sonra DXR bildirib ki, bu texnika Donetsk ətrafına nəzarət edilən ərazilərdəki qüvvələrin möhkəmləndirilməsi üçündür.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir