Ukrayna Urqantı təhqir üçün 10 min dollar mükafat elan etdi


Ukrayna   Urqantı  təhqir üçün  10 min dollar mükafat elan etdi
Urqantı kim yaxşı təhqir etsə 10 min dollarla mükafatlandırılacaq

Rusiya televiziaysının aparıcısı İvan Urqantın “Smak” proqramında ukraynalıların ünvanına işlətdiyi zarafat iki dövlətin xarici işlər nazirliyi səviyyəsində qarşılaşmasına səbəb olub. Urqant işlətdiyi ifadənin fərqində olub, yersiz zarafatına görə üzr istəsə də, Ukrayna tərəfi bununla sakitləşməyib.

Ukraynanın “Qardaşlıq” partiyasının lideri Dmitriy Korçinski “ teleaparıcısı Urqantı ən yaxşı təhqirə görə” 10 min dollar məbləğində mükafat elan edib. Korçinski bu məbləğin iki və ya üç dəfə artması ehtimalını da bildirib.

“Sənədli kadrlar üçün mən 10 min dollar məbləğində mükafat elan edirəm. Bütün Ukrayna bundan məmnunluq hiss etməlidir. Belə zarafatı bağışlamaq olmaz. Mən stimulu qaldırmaqdan ötəri mükafatın məbləğini artırmaq üçün Ukrayna deputatlarına müraciət etmişəm ”-deyə Korçinski söyləyib.

“Qardaşlıq” partiyasının lideri onu da bildirib ki, onun babası qırmızı komissar tərəfindən öldürülüb və Urqantın dediyini şəxsən özünə təhqir kimi qəbul edir.

Xatırladaq ki, Urqantın uğursuz zarafatı millətçiləri də qəzəbləndirmiş, onlar Kievdə “Antiurqant” aksiyası keçirimişdilər.

Ayxan
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir