Ukrayna vizasız rejimin astanasında- Avroparlamentdə təsdiq olundu


Ukrayna vizasız rejimin astanasında- Avroparlamentdə təsdiq olundu

Avroparlamentin deputatları cümə axşamı günü keçirilən plenar iclasda Ukaryna vətəndaşlarına Şengen zonası ölkələrinə vizasız gediş-gəliş rejimi tətbiq edilməsinə səs veriblər.

Qərarın lehinə 521 deputat “hə””, 76 deputat “”yox”” deyib, 36 deputat isə laqeyd qalib.

İndi Ukrayna vətəndaşları üçün vizanın ləğv olunmasına Avropa Birliyi Şurasının onu təsdiq etməsi qalır. Qərar Avropa Birliyinin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək.

Ukrayna ilə vizasız rejim danışıqları 2008-ci ildən gedir və Avropa birliyi bu müddət ərzində Ukraynanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini qəbul edib.

Avropa Birliyi ölkələrinə vizasız getməyin əsas şərtlərindən biri biometrik pasportun olmasıdır.

İşləmək hüququ olmadan yarım ildə 90 gün səyahət etmək olar. Bu Böyük Britaniya, İordaniya istisna olmaqla, Avropa ölkələrinin hamısına aid edilir. Bununla yanaşı, ukraynalılar Avropa Birliyinə daxil olmayan, lakin şengen zonasına daxil olan 4 ölkəyə daha vizasız gedə biləcəklər- İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə.

Bununla bərabər, Avrokomissiyanın izah ediyinə görə, vizasız rejim təsdiq olunandan sonra, gömrüyə maddi durumun, gediş məqsədini təsdiq edən bir sira sənədlər verəcəksən.

Sərhədçilər nəzəri cəhətdən oreldə yer ayırtdığın və ya dəvət olunduğun, həmçinin qayıdış biletin də olmaqla maddi durumunla bağlı sənəd istəyə bilərlər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir