Ukrayna XİN Putinin Sevastopola səfərinə etirazını bildirib


Ukrayna XİN  Putinin Sevastopola  səfərinə etirazını bildirib
Ukrayna xarici işlər nazirliyi Rf prezidenti Vladimir Putinin Sevastopol səfərinə etirazını bildirib. Bu haqda nazirliyin rəsmi saytında məlumat verilib.

Putinin səfərini rəsmi Kiyev “razılaşdırılmamış” və “təxribat” adlandırıb. “Ukrayna bu addımı Rusiya tərəfinin açıqdan-açığa Ukrayna qanunvericiliyi və beynəlxalq hüquq normalarını saymamazlığı kimi qiymətləndirir”-deyə XİN bəyan edib.

Bununla bağlı nazirlik ciddi etiraz etdiyini qeyd edib.

Krım və Sevastopol 2014-cü ilin martında yarımadada referendum keçirərək RF-na birləşib. Ukrayna referendmun nəticələrini tanımır və yarımadanı Ukrayna ərazisi hesab edir. Apreldə Ali Radada “Krımın müvəqqəti işğal olunmasını elan edən” qanun qəbul olunub. Bu qanuna görə ukraynalılar və digər xarici vətəndaşlar həmin regiona ziyarət etməkdən ötrü xüsusi icazə almalıdırlar.

RF prezidenti Sevastopola Böyük Vətən müharibəsində Qələbənin 69-cu ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün gəlib. Yarımadanın Rusiya tərkibinə daxil olunmasından sonra Rf prezidentinin bölgəyə bu ilk səfəridir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir