Ukrayna XİN Rusiyanı sərhədləri tamamilə bağlamaqla təhdid edir


Ukrayna XİN Rusiyanı  sərhədləri tamamilə bağlamaqla təhdid edir
“Rusiya qırmızı xətti keçməsin!””

Ukrayna Rusiya ilə tamamilə sərhədləri bağlaya bilər-bu bəyanatla xarici işlər nazirinin müavini Daniil Lubkivskinin çıxış etidyi haqda UNİAN məlumat yayıb.

Kievdə keçirilən mətbuat konfransında Lubkivski deyib ki, sərhədləri bağlamaq üçün Ukrayna hökümətinin gərəkli vasitə və avadanlıqları var.

Nazir müavini onu da qeyd edib ki, Ukrayna münaqişənin sülh yolu ilə həll olunacağına inanır, lakin “”birbaşa hərbi müdaxilə olarsa, ukrayna hərbi qüvvələri də uyğun qaydada hərəkət edəcək””.

“”Bu gün biz şərqdə və cənubda təhlükəsizliyin gərginləşdiyini görürük. Rusiyaya qırımızı xətti keçməməsi üçün xəbərdarlıq edirik, öz agentlərini geri çəkib, qızışdırıcılğa son versin. Bu bizim əsas çağırışımızdır, bu bizim əsas tələbimizidir””-deyib o.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir