Ukraynanın yeni birinci ledisi- Zelenskinin siyasi karyerasının “arxitektoru”” Yelena”


Ukraynanın yeni birinci ledisi- Zelenskinin siyasi karyerasının "arxitektoru" Yelena
Əvvəllər həya yoldaşının prezidnetliyə nazmizədliyini dəstəkləməsə də indi onun yanında olacağını deyir. “Sluqa naroda”” serialının müəllimi Vasili Qoloborodko obrazının müəllifi də odur. Serialda xəyal edilən prezidentlik ideyasını ortaya o atdığına görə…

Hələlik bu barədə sonra. İndilik Ukrayna KİV-nə istinadən onun tərcümeyi- halı il tanış olaq.

ICTV Ukrayna telekanalı gələcək birinci ledi -Ukrayna prezidentliyinə nazmizəd Vladimir Zeenskinin həyat yoldaşının tərcümeyi- halını yayıb.

Jurnalistlər Yelena Zelenskinin qızlıq familiyasının Kiyaşko olduğunu aydınlaşdırıblar. 1978-ci il təvəllüdlü olan Yelena həyat yoldaşı Vladimir ilə eyni şəhərdə -Krivoy-Roqda doğulub., həm də həmyaşıd olmaqla bərabər eyni orta məktəbdə, lakin paralel siniflərdə oxuyublar. Yaxın tanışlıqları isə tələbə olarkən başlayıb.

Aktyorun gələcək həyat yoldaşı Krivoy-Roq texniki universitetində, Zelenski özü isə Krivoy-Qoq istisadiyyat institutunda təhsil alıb.

Cütlüyün münasibətləri 8 il dava etdikdın sonra 2003-cü ildə ailə qurublar. 2004-cü ildə qızı Aleksandra, 2013-cü ildə isə oğlu Kirill doğulub.

Yelena ixtisasca arxitektordur, lakin öz profili üzrə işləməyib.

Hazırda ər-arvad Zelenskiyə məxsus olan “”Kvartal-95″” yumorstik studiyada çalışırlar. Zelenski seçkilərdən sonra oradan çxacağını da deyib.

Hesabata görə kompaniyanın 0,01 faizi Yelenaya məxsusdur.

Yelena həmçinin “”Sluqa naroda”” serialındakı müəllim Vasili Qoloborodko obrazının da müəllifidir. Süjetə görə sonunda müəlim prezident olur. Bu serial sayəsində Vladimir Zelenski prezidentliyə namizədliyini irəli sürüb.

Bundan əlavə birinci ledi balıq emalı və konservləşdirilməsi müəssisəsinin 25%-nə sahibdir. Jurnalsitlər onu da qeyd edirlər ki, Yelena ərinin prezidentliyinə namizədliyinə başda narazı olasa da, sonra onun qərarını dəstəkləyib.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçirilib. Protokolların 95 %-nin hesablanmasına görə 75% -lə Zelenski liderdir.

Petr Poroşenko atrıq məğlubiyyəti ilə razılaşıb və Zelenskini təbrik edib.

YENİSES.RU.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir