Ulyukaev İqtisadi İnkişaf naziri, Belousov prezidentin köməkçisi oldu


Ulyukaev İqtisadi İnkişaf naziri, Belousov  prezidentin köməkçisi oldu
Putin moskvalıları yaxınına gətirdi.

Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə keçmiş İqtisadi İnkişaf naziri Andrey Belousov prezidentin köməkçisi vəzifəsinə təyin olunub. Onun nazirlikdəki yerini isə Rusiya Bankının sədr müavini Aleksey Ulyukaev tutub. Əvvəllər prezidentin köməkçisi olan Elvira Naubullina Mərkəzi Banka rəhbərlik edirdi.

Andrey Belousov 1959-cu ildə Moskvada doğulub. 1981-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetininin iqtisadiyyat fakültəsini fərlənmə diplomu ilə bitirib. Iqtisad elmləri doktorudur.

1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyasının iqtisadi riyaziyyat institutu mərkəzində tədqiqtçı praktikant kimi çalışıb.

1986-2006-cı illərdə kiçik elmi işçi, böyük elmi işçi, SSRİ Elmlər Akademiyası İqtisadi və proqnozlaşdırma elmi texniki tərəqqi institutununda rəhbər vəzifəsilərinə qədər pillələr keçib.

2000-2006-cı illərdə Makroiqtisadi analiz və qısamüddətli proqnozlaşdırma mərkəzində baş direktor olmaqla yanaşı, RF hökümət sədrinin ştatdankənar məsləhətçisi olub.

2006-cı ilin fervralında Andrey Belousov RF İqtisadi inkişaf və ticarət nazirinin müavini olmaqla bərabər, həmçinin proqnozlaşdırma məsələlərini idarə edib. Nazirlik dəyişdikdən sonra 2008-ci ildə İqtisadi İnkişaf nazirinin müavini təyin edilib.

17 iyun 2008-ci ildə RF hökümətinin iqtisadi və maaliyə departamentinin direktoru vəzifəsi ona tapşırılıb. 21 may 2012-ci ildə RF İqtisadi inkişaf naziri təyin edilib.

Aleksey Ulyukaev 1956-cı ildə Moskvada doğulub. 1979-cu ildə Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1982-ci ildə isə həmin fakültənin aspiranturasını başa vurub. İqtisad elmləri doktorudur. Fransa universitetinin Pierre-Mendes France (Qrenobl) iqtisad elmləri doktoru dərəcəsi var. 1991-1992-ci illərdə Moskva inşaat mühəndisləri institutunun –assistenti, dosenti olub.

1991-1992-ci illərdə “Kommunist” jurnalının məsləhətçisi və rəhbəri, 1991-ci ildə “Moskovskie novosti” qəzetinin siyasi şərhçisi kimi də çalışıb. 1991-1992-ci illərdə RF hökümətinin istisadi məsləhətçisi, 1992-1993-cü illər Rf höküməti sərdinin məsləhətçilər qrupunun rəhbəri, 1993-1994-cü illərdə RF höküməti sədrinin birinci müavininin köməkçisi olub.

1994-1996-cı illərdə Keçid müddətində iqtisadi problemlər institutunun direktor müavini, 1996-1998-ci illərdə Moskva şəhər Dumasının deputatı kimi fəaliyyət göstərib.

2000-2004-cü illər- RF maaliyyə nazirinin birinci müavini, 2004- RF Mərkəzi Bankı sədrinin birinci müavini. Rusiya Bankı direktorlar şurasının üzvüdür.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir