Ümumrusiya Azərbaycanlıları Konqresində Yazıçı Anarla görüş oldu


Ümumrusiya Azərbaycanlıları  Konqresində Yazıçı Anarla   görüş oldu
Azərbaycan diaspor təşkilatı rəhbərlərinin, ədəbi-ictimai xadimlərinin içtirakı ilə təşkil olunmuş görüşdə maraqlı olduğu qədər də təzadlı anlar yaşandı.

Yazıçılar birliyiinin ağsaqqalı ünvanına söylənən təriflər və qınaqlara bir arada qulaq kəsildi.

Görüşün əvvəlində protokolşəkilli çıxışlarla sıralanan tədbiri replikalar pozdu. Əslində görüşün “bir onun şəninə söylənənlər” xəttində olmaması “haqqımda deyilənləri eşitmək xoşdur, amma mən bir də sizi tanımağa, dinləməyə gəlmişəm”-deyərək müzakirə-polemika şəklində olması təklifi də QONAQdan gəldi.

Və beləliklə…

Azərbaycan-rus mədəniyyəti və həmrəyliyi təşkilatının təşəbbüsü və dəvəti ilə Rusiya paytaxtında səfərdə olan Anarın “Yazıçı Anarla görüş” proqramı çərçivəsində növbətisi Ümumrusiya Azərbaycanlıları Konqresində (ÜAK) oldu.

Rusiyadakı azərbaycanlı ədəbiyyat və sənət adamları, ziyalıları, gəncləri ilə təşkil olunmuş görüşün qonağını konqresin icraçı direktoru İlqar Hacıyev salamladı. Ədəbiyyatın yüksək statuslu simasını azərbaycanlıların doğma məkanı sayılan bu binada qarşılamaqdan qürurlandığını, bu sıx görüşlər çərçivəsində vaxt tapıb bura gəldiyi üçün ona minnətdar olduğunu bildirdi.

Görüşdə yazıçı Anar təqdir edildi, sonra AYB-nin sədri Anara qarşı gileylərlə gərginləşdi və ədəbiyyatın poeziyasının ilhami ilə səngiyib ovqatları təzələyib düzəltdi.

Rəsmi hissə əvəzi: Konqresin məsləhətçisi Manaf Ağayev Anar yaradıcılığından qisa söz açaraq, onun Azərbaycan ədəbiyyatına, kinosuna verdiyi töhvələrdən danışdı. Görüşə bələdçik həvalə edilmiş Manaf Agayev iştirakçıların bəzilərini adbaad təqdim edərək onları Anarla tanış etdi. Və tanış etdiyi hər bir adama sıra ilə söz verəcəyini dedi.

Filologiya elmləri doktoru, professor Bella Musayeva 60-cı illərin gəncliyinin onun əsərləri ilə böyüdüyünü, Anarın dövrünü idarə edən yazıçılardan olduğunu qeyd etdi.

“ Doğulandan Siz taleyinizi deyil, taleyin sizi seçdiyi insansınız. Rəsul Rza, Nigar Rəfibəyli kimi Azərbaycan ziyalılarının ailəsində doğulub ədəbiyyat adamı olmamaq mümkün deyildi. Və siz onlara layiq övlad olmaqla yanaşı, onların qürur duyacağı bir yazıçı oldunuz”.

Azərbaycan yazıçılar birliyinin Rusiya bölməsinin sədr müavini İlham Bədəlbəyli öz çıxışında Anarın xalqının dərdini problemlərini içində daşıyan, xalqına, millətinə qarşı duranlara tribunalardan səsini qaldırıb qələmiylə mübarizə aparan bir yaşam və yaradıcılıq yolu olduğuna nəzər saldı.

Rusiyanın tanınmış jurnalsiti Azər Cahangirov Anarın anası Nigar Rəfibəyli ilə bağlı bir xatirə paylaşdı. “Gəncliyində ailəsi repressiya olunmuş bir azərbaycanlı qızının qarşısına çəkilən maneələr zamanı ona yardımçı olub Moskvada oxumasına yardım edən olmasaydı, bəlkə o Nigar yetişməz və bu Anar olmazdı. Anarla şəxsi yaxınlığının buradan qaynaqlandığını qeyd etdi” (Ona Cahangirovlardan biri yardım edib). Azər Cahangirov – Anarın Azərbaycan ədəbiyyat, kino-sənət tarixində çəkdiyi əmək danılmazdır-dedi.

Şair Sultan Mərzili Anarın yaraıcılığı haqqında araşdırma yazmağa qalxsaq, bu o qədər zəngindir, yazmaqla bitib tükənəcək olmadığını dilə gətirdi.

“Bütün bu tərifləri səmimi olduğu üçün dinləmək xoşdur”-deyərək təşəkkür edən Anar, bu görüşün daha çox söhbət polemika şəklində davam etdirilməsindən yana olduğunu söylədi.

MOSKVA BÖLMƏSI ÜZVLƏRI ARASIDNAKI ÇƏKIŞMƏ. AYB-nin başsız qalan bölməsində kim baş olacağı sualının cavabı da bu görüşdə çözüldü.

Görüşün sonrakı hissəsi ədəbi mühiti narahat edən müzakirələrlə davam etdi.

AYB-NIN MOSKVA BÖLMƏSININ GÖRDÜYÜ IŞLƏR BIR ADAMIN AYAĞINA YAZILIB, IŞ GÖRƏN DIQQƏTDƏN KƏNARDA QALIB

Şair Nəsib Nəbioğlü 60 illik yubileyində ona qarşı soyuqluğun hələ canından çıxmadığı hövlüylə danışdı. “AYB Moskva bölməsinə bu qədər əmək qoyan bir üzvünə üz çevirmədi””.

Tarix elmləri doktoru, professor Əşrəf Hüseynli isə AYB-nə üzvlüyə ərizə verənlərin üzvlüyünün ləngiməsinin nəylə baglı olduğunu soruşdu. “”6 kitabı çıxan Afaq Şıxlı hələ də AYB üzvlüyünə qəbul olunmayıb””.

Bu gün Moskva bölməsinin taleyi necə olacaq, tamammı, davammı sualları da səsləndi.

Görüşdə AYB-nın Moskva bölməsinin sədri Tofik Məliklinin Moskvada olmaması, başçısız birliyin sonrakı taleyi necə olacağıyla bağlı suala Anar Moskva bölməsinin daha fəal bir bölmə kimi işləməsini dəfələrlə qeyd etdiyini təsdiqlədi. “Moskva bölməsi fəaliyyət göstərir və daha da genişlənəcək . Tofik Məlikli mənə müvəqqəti olaraq Bakıya gəldiyini deyib və yaxın günlərdə yenidən öz postuna dönəcək”.

Üzvlük məsələsinə gəlincə, o, burda sxem başqadır dedi. “Ərizələr gələndən sonra Azər Mustafazadənin başçılıq etdiyi komissiya tərəfindən baxılır və ondan sonra qərar verilir. Bu gün AYB-nin 1700 üzvü var, 200 nəfər də üzv olmağa ərizə verən namizədlərimiz. Bizim təşkilat genişlənir. Və Moskva bölməsi də yaşayacaq”.

Nəsib Nəbioğluna isə yubiley, ad vermə, prezident təqaüdü, ev və s. məsələlərlə bağlı aidiyyatı qurumlara siyahı göndərdiyini açıqladı. “Bəzi işlər ləngiyirsə, bu AYB-nin ona diqqət etməməsinə yozmaq lazım deyil”- deyə izah etdi.

“Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov isə onu “Azərbaycanda yeni nəşr olunan rus yazıçılar tərcümə olunurmu və azərbaycanlı yazarların rus dilinə tərcüməsi nə vəziyyətdədir, məlum ayrılma dönəmindən sonra rusdilli yazarların azalmasını da nəzərə alsaq bu sahədə işlər nə yöndədir”- suallarını Anara ünvanladı.

AYB sədri əvvəlcə bu gün Azərbaycanda ədəbiyyatın “rusdilliləri” daha çoxdur dedi. “Hətta təəccüblüdür ki, bu gün sovet dövründəkindən daha çox rus dilində yazan nəsil yetişib. Bu sahədə problem yoxdur. O ki, qaldı tərcümə məsələlərinə biz rus yazıçılarını tərcümə edirik. Yeni yazar-bu günkü mühitin aparıcılarından söhbət gedirsə, Limonov kimilərini tərcümə edilməsindən edilməməsi yaxşıdır”.

Anar bu sahədə daha bir nüansa da toxunaraq, “Drujba Narodov” (Xalqlar dostluğu”) jurnalında əvvəllər geniş şəkildə dərc edilirdik. Bu gün “Biz “Drujba narodov” üçün dost deyilik, xarici mətbuat üçünsə, biz xarici deyilik”-dedi.

Görüşün sonunda durum aydınlaşdı, Nəsib Nəbioğlu yeni yazdığı “Xarı bülbül” şeirini, ardınca Əliş Əvəz, Abbas Alıyev öz şeirlərini oxudular.

Görüşdə “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin, Azərbaycan Mədəniyyətinin intibahı və inkişafı fondunun, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin, Heydər Əliyev fondunun Moskva bölməsinin nümayəndələri, tanınmış şairlər, yazıçılar, incəsənət xadimləri iştirak edirdilər.

Tünzalə Vəliqızı, Moskva.
11.11.2014


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir