Vağzallarda da sərnişinlər xüsusi yoxlamadan keçəcəklər


Vağzallarda  da sərnişinlər xüsusi  yoxlamadan keçəcəklər
Yoxlama dəmiryolu vağzalına da gəldi. Təyyarə ilə üçüşda olduğu kimi burada da xüsusi yoxlamadan keçəndən sonra sərnişinlər vaqonlara buraxılacaqlar. Rusiya Dövlət Dumasında bu həftə bunula bağlı parlamentə təqdimolunmuş qanun layihəsini müzakirə edəcək.

Rusiyada sərnişinlər bütün qatarlara minikdən əvvəl üçüşlarda olduğu kimi xüsusi qaydada yoxlamadan keçəcəklər. Sərnişinin özü ilə götürməsinə icazə verilməyən bir sıra əşyaların siyahısı tutulacaq.

Qadağan olunmuş əşyanı özüylə götürən sərnişin əşyasının perronda qalmaq riskini gözə almış olacaq. Yoxlamanı nəqliyyat təhlükəsizliyi əməkdaşları xüsusi aparatla həyata keçirəcəklər.

Yoxlama və nəqliyyat vasitələrinin təhlükəsizliyi bölmələri haqqında qanun layihəsinin birinci oxunuşuna Dövlət Dumasında bu həftə baxılacaq. Nəqliyyat nazirliyi isə qadağan olunacaq əşyaların siyahısını hazırlayır. Amma hələ o tam məlum deyil.

Bununla belə, nəqliyyatda aparılacaq qadağan edilən əşyalar avianəqliyyatda olduğu kimi o qədər də çox deyil, deyə nəqliyyat nazirliyi sakitləşdirir. Məsələn kiçik cib bıçaqı, saç şampunu bu kimi mayedən olan şeylərin müəyyən ölçüdə götürülməsinə izin veriləcək. Lakin soyuq silah, öv silahı kimi şeylərin aparılması qadağan olunacaq.

Nəqliyyatın təhlükəsizliyi bölməsinin əməkdaşlarına sərnişinləri polis kimi yoxlamaq üçün səlahiyyətlər veriləcək. O da qey edilir ki, qadağan olunmuş əşyaları xüsusi yük vaqonlarına verməyə zaman olmayacaq və bütün qatarlarda bu tipli vaqonlar yoxdur. Olan varsa da, o yük vaqonları daha böyük əşyalar üçün nəzərdə tutulub. Belə olan halda ya o əşyanı atmalı, ya da sərnişini yola salana vermək məcburiyyətində qalınacaq. Nəqliyyat nazirliyi isə ən yaxşısı qadağan olunmuş əşyanı sərnişinin özüylə götürməməsini tövsiyyə edir. Yoxlamanın narahatçılıq yaradacağından əndişə edənlərə nəqliyyat nazirliyi zəmanət verir ki, bu rahatsızlıq yaşanmayacaq.

Bu qanun digər suallar da doğurur. Əgər sərnişini yoxlamadan imtina etdiyinə görə miniyə buraxmırlarsa, o zaman onun müqaviləsi birtərəfli qaydada pozulacaq. Yəni onun bileti ləğv olunacaq. Bu layihəyə görə sərnişinin bilet pulunun geri qaytarılmasını əks etdirən suala da cavab verilməlidir, parlament belə hesab edir.

Leyla Bayramova
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir