Venesuela höküməti vətəndaşlarını “Facebook””-dan istifadə etməməyə çağırdı”


Venesuela  höküməti vətəndaşlarını "Facebook"-dan istifadə etməməyə çağırdı
Venesuelanın həbsxanalar işi üzrə naziri Mariya İris Varela ökəsinin vətəndaşlarını Amerika xüsusi xidmət orqanlarına cəsusuluq etməsin deyə “Facebook” sosial şəbəkəsindən istifadə etməməyə çağırdı.

“Həmvətənlərim, öz “Facebook” akkauntunuzu silin ki, bilmədən Mərkəzi kəşfiyyat idarəsinin (SRU) məlumatçısına çevrilməyəsiniz. Snoudenin işini düşünün”,-deyə o öz Twitter səhifəsində yazıb.

“Ölkələr və xalqlar cəsusuluğun qurbanı olmasın deyə ABŞ-ı məhkəməyə verməli, bu fakta görə haqlı olaraq kompensasiya tələb etməlidirlər”-deyə o, əlavə edib.

Bundan əvvəl Venesuelanın Snoudenə siyasi sığınacaq təklif etməsi haqqında məlumat verilmişdi. Mərkəzi kəşfiyyat idaərsinin keçmiş əməkdaşı hələ də Moskvada “Şeremetyevo” aeroportunun tranzit zonadasındadır.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir