Vergi müfəttişliyinin “çağırılmamış qonaqları”” Navalnının ofisini yoxlamğa gəliblər”


 Vergi müfəttişliyinin  "çağırılmamış qonaqları"  Navalnının ofisini yoxlamğa gəliblər
Navalnı Peskovun isturahət xərcini kim çəkdiyini bilirik, onu yoxlayın deyir. Vergilər də onun ofisini yoxlayırlar…

Vergi müfəttişliyinin əməkdaşları Aleksey Navalnının Korrupsiyaya qarşı mübarizə fondunun (KMF) ofisini ziyarət ediblər. Müfəttişlər sənədlərdə göstərildiyi kimi fondun faktiki olaraq eyni ünvandamı yerləşdiyini yoxlamağa gəliblər.

Aleksey Navalını tərəfindən yaradılmış KMF-nun direktoru Roman Rubanov şəxsi Twitter səhifəsində bu barədə məlumat yerləşdirib. Korrupsiyaya qarşı mübarizə fondunun (KMF) mətbuat katibi Kira Yarmışın RBK-ya verdiyi xəbərə görə vergi müfəttişləri ofisin həqiqətən də sənədlərdə göstəriln ünvanda yerləşdiyini yoxlamaq üçün gəliblər.

“Vergi müfəttişliyinin iki əməkdaşı gəldi. Ofisin ünvanını yoxlayırlar və artıq getməyə hazırlaşırlar””-deyə Yarmış söyləyib.

Bu ərəfədə f KMF İstintaq komitəsinə, Federal Təhlükəsizlik xidmətinə (FSB) məktub göndərərək Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovu rüşvət almaqda günahlandırıblar. Ərizə həmçinin Rod-Aylend ştatının prokurorluğuna və ABŞ Ədliyyə nazirliyinə göndərilib.

Navalnının imzaladığı İstintaq komitəsinin başçısı Aleksandr Bastrıkinin adına göndərilmiş ərizədə deyilir ki, KMF-na daxil olan məlumatda “”Summa”” qrupunun ortaqlarından biri Ziyavuddin Maqomedov şəxsən, ya da nəzarətçi strukturları vasitəsiylə Peskovun Maltese Falcon yaxtasında istirahətinin pulunu ödəyib. Bundan başqa bu sənəddə mənbənin də adı gizlədilməyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir