Vladimir Jirinovskinin “ağzını bağlamaq” istəyirlər


Vladimir Jirinovskinin “ağzını bağlamaq” istəyirlər
Jirinovskinin sayıqlamalrından cana gələn deputatlar və siravi vətəndaşlar onu haqqında Dözlət Dumasının etika komissiyasına müraciət ediblər.

Dövlət Dumasının etika komissiyasına LDPR-ın lideri Vladimir Jirinovskini televiziyanın “Poedinok” (“Təkbətək”) proqramında Şimali Qafqaz haqqında söylədiyi sözlərə görə bir aylığına danışmaqdan məhrum etmək təklif edilib. Etika komissiyasının sədri Aleksandr Deqtyarov xəbəri təsdiqləyib və bunu mümkün sayıb. Onun sözlərinə görə eyni səpkidən olan məsələ ilə bağlı həm Dövlət Dumasının deputatları, həm də adi vətəndaşlar tərəfindən daxil olmuş altı müraciət var. Komissiya bu müraciətlərə paket halında baxacaq. Deqtyarov qeyd edib ki, komissiyanın yığıncağı həftənin sonuna kimi baş tuta bilər. O, onu da əlavə edib ki, komissiya üzvləri son qərarı verməzdən əvvəl Jirinovski ilə təkrar görüşəcəklər.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir