Moskvada liftdə qətlə yetirilən qadının qatili azərbaycanlıdır


Moskvada polis əməkdaşları liftdə qətlə yetirilən qadının cinayətində şübhəli bilinən şəxsi saxlayıblar. Bu haqda REN TV məlumat verib.

Polislər qətldə şübhəli bilinən kişini Novo-Peredelkino rayonunda yeni bir cinayət törədərkən tutublar. O cinayət törətdiyini boynuna alıb.

“İnterfaks”ın məlumatına görə saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanının keçmiş əməkdaşıdır və Moskvanın cənubunda bir bir neçə soyğun hadisəsini onun törətdiyi düşünülür.

Qeyd edək ki, noyabrın 6-da Moskvanın Şimalı Butov rayonundakı Zamenskie sadki küçəsində yerləşən binaların birinin liftində 51 yaşlı qadın qətlə yetirilmişdi. O, bədənində çoxsaylı bıçaq yaraları və yanında dağıdılmış ərzaq paketləri ilə aşkar edilmişdi.

Polis əməkdaşları müəyyən ediblər ki, qadın mağazadan gələrkən soyğunçunun qurbanı olub. O da məlumdur ki, qadın aptekdə çalışıb və soyğunçular onun pulqadından bir-iki min rubl oğurlayıblar.
Moskvada liftdə qətlə yetirilən qadının qatili azərbaycanlıdır
Digər rus KİV-nin veridyi məlumatda deyilir ki, 51 yaşlı Larisa Vasiliyevna Frosina “Pyer Fabr” aptekinin ofisindən çıxıb evə dönürmüş. Yolda “Pyateroçka” mağazasına tərəvəz və çörək almağa girib. İstintaq versiyasına görə 26 yaşlı soyğunçu onu orada görüb. Larisanın mağazadan çıxmasını gözləyən qatil Rövşən Şabanov onu Zamenkski Sadki küçəsi 3/5 ünvanında yerləşən evin girişinə kimi təqib edib və liftə qadınla eyni vaxta girib. Binada olan videokamera hadisəni qeydə alıb.

Moskvada liftdə qətlə yetirilən qadının qatili azərbaycanlıdır
Azərbaycanlı qatilin qadına 10 bıçaq zərbəsi yetirdiyi xəbər verilir.
Yenises.ru

VİDEO



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir