Azərbaycanlı iştirakçı “O Səs Türkiyə” münsiflərini döndürməklə qalmadı…VİDEO


“O Səs Türkiyə” yarışmasının bu gecəki (22 oktyabr ) proqramında iştirak edən azərbaycanlı Zülfü Əsədzadə ifası ilə son dəqiqədə bütün münsiflər heyətini səsinə döndərməklə qalmadı. Aybəniz Haşımovanın yetirməsi olan gənc müğənni Cahangir Cahangirovun bəstələdiyi “Ay qız” mahnısı ilə bütün münsiflər heyətinin səsini və rəgbətini qazandı. Onun üçün münsiflər aralarında vədlərlə yarışmaya girdilər.

Onu da qeyd edək ki, Zülfü Əsədzadə ilk əvvəl bütün münsiflərin ona döndüyünün fərqində olmadı.

Hadisə Zülfü Əsədzadə onu seçdiyi təqdirdə ilin sonunda Bakıda keçirəcəyi konsertində birlikdə səhnəyə çıxmağı, yemək yeməyi, hətta Bakı konsertinə İstanbuldan birgə gedib dönmək vədlərini verdi.

Sibel Can da öz növbəsində onun üçün evdə yemək, İstanbul konsertində birgə çıxış və oğlu Əngincanla İstanbul gecəsi gəzintisi təşkil edəcəyini bildirdi.

Murad Boz bütün deyinlənlərə əlavə olaraq üstəlik “Muradla Diskoya nə deyirsən””-dedi.

Hakan və Gokhan qardaşları isə sadəcə onları seçərsə, Zülfü Əsədzadəni yarışmada daha irəliyə aparacaqlarını deməklə kifayətləndilər.

Zülfü Əsədzadə seçimi ilə də çaşdırdı. Bütün vədlərə baxmayaraq onu vədsiz komandasına istəyən Gokhan və Hakan qardaşlarını seçdi.

Tünzalə Vəliqızı
/Yenises.ru/

VİDEOLAR


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir